Şriftin ölçüsü:
26.09.2010 09:55 | Oxunma sayı: 619
Bu mövzu məndə daim maraq hissi oyatmışdır. Haqqında söhbət apardığımız yer planetin ən möcüzəli, qorxunc və daim insanları düşündürən ərazisidir.
Burmud üçbucağı insanlara şeytan üçbucağı və yaxud da şeytan dənizi kimi məlum olan okeanın təqribən 1,2 milyon kvadratkilometr sahəsini tutur. Yəni, Bermud üçbucağı Atlantik okeanının 500.000 mil kvadrat sahəsini əhatə edir. Xəritəyə baxdıqda üçbucaq formada görünən bu ərazidə həddən artıq qeyri-adi hadisələr baş vermişdir. Belə ki, ərazidə itən gəmilərin, təyyarələrin və insanların sayı tam olaraq bəlli deyildir.
Bəs insanları qorxudan, minlərlə insanın yox olduğu bu sirli aləm nədir? Hərəkətdə olan mühərriklər, canlı insanlar hara yox olur? İlk dəfə ispan dənizçisi Bermudes 1502-ci ildə Atlantik okeanında riflərlə əhatə olunmuş (sualtı qayalıqlarla dolu) ərazi kəşf etdi. Elə həmin vaxtdan ərazi Bermud üçbucağı adlandırılmışdır. Bermudes bu təhlükələri uğurla dəf etsə də, nədənsə ərazini Şeytan adası adlandırdı.
1840-cı ildə Baham adalarının paytaxtı Nassau limanı yaxınlığında fransız yelkənli gəmisi aşkar etdilər - gəmi dreyfdə idi və onun "Rozalı" gəmisi olduğu müəyyən olundu. Gəmidə hər bir vəziyyət əla idi, hər şey öz yerində olduğu kimi qalırdı, ancaq heyətdən bir xəbər yox idi. Bəs insanlar harada idi? Gəmi jurnalında heyətin başına gələn hadisə barədə heç bir qeyd yox idi. Bununla da müəmmalı Bermud üçbucağının tarixçəsi başlayır. 7 noyabr 1872-ci ildə "Mariya Celesta" 103 ton su tutumuna malik olan və 20 oktyabr 1902-ci ildə Almaniyanın "Freya" ticarət gəmilərinin taleyi də belə oldu. Yenə də gəmilərdə heyət yox idi. Digər bir fakt - 4 mart 1918-ci ildə ABŞ-ın 12 min ton su tutumuna malik olan "Siklop" gəmisi 309 nəfər heyətlə yoxa çıxmışdır.
XX əsrin 70-80-ci illərində Norveç gəmisi və AN-22 təyyarəsi heç bir iz qoymadan Bermud üçbucağında yoxa çıxmışdı. Ümumiyyətlə, son qırx ildə burada 100-dən çox təyyarə və gəmi yoxa çıxmışdır. Bəzən təyyarənin yoxa çıxması, yenidən geri qayıtması vaxtından əvvəl təyinat yerində görünməsi halları da qeydə alınmışdır. Hələlik Burmud üçbucağının sirri açılmayıb.
Lakin, bir çox nəzəriyyəçilər burada maqnit və okean dibinin qazla zəngin olması faktlarını irəli sürürlər.
Ən maraqlı nəzəriyyələrdən biri isə "Təbii qaz hadisəsi"dir. Bu ərazi Golfstrim (Gulf stream) adlandırılan isti su axınıının keçdiyi yerdir. Tavanın (Litosfer tavası) isinməsi səbəbindən "təbaşirli qazlar" əriyir və sudan həfif olduqları üçün üzə doğru yüksəlirlər. Bu vaxt tavandan suyun üzünə qədər bir boşluq (vakuum-girdab) və okeanda halqavari dəlik yaranır. Həmin vaxt suyun altında və üstündə olan gəmilər, havada uçan təyyarələr həmin boşluğa düşərək yoxa çıxır.
Ümumiyyətlə, son 27 ildə sözü gedən ərazidə mindən çox adam həlak olub. Lakin axtarışlar nəticəsində bir dənə olsun cəsəd və digər elementlər aşkar olunmayıb. Buradan belə bir sual meydana çıxır, bəs təyyarələr, gəmilər hara yoxa çıxır? Alimlərin fikrincə, bu qeyri-adi hadisə Qolfstrim axını və son dərəcə qeyri-anomal hava şəraiti ilə izah olunur.
Digər maraqlı anlaşılmaz hadisə 1911-ci il iyunun 14-də dəmiryol gəzintisi zamanı baş vermişdir. Roma vağzalından gəzintiyə çıxan vaqon şəhərin görməli yerlərinə yol alır. Qatar yeni çəkilən dəmir yol tunelinə yaxınlaşır. Həmin zaman ətrafı qatı duman bürüməyə başlayır. Bu zaman sərnişinlərdən ikisi özünü qatardan atmağa imkan tapır. Şahidlərin dediyinə görə ətrafı bürüyən ağ qatı duman yapışqan mayeyə çevrildi. Tunelə girən vaqon yoxa çıxdı. On ildən sonra həmin qatar Poltava vilayətində göründü. Maşinistin kabinəsi boş idi. Pərdələr bağlı idi. Qeyri-adi hadisələri araşdıran komissiyanın sədri V.P.Lesatey keçmişdən qayıtmış bu qatarı tədqiq etməyə cəhd etdi. Lakin qatarın içinə daxil olmaqla özü də yoxa çıxdı. Qatar özü hazırda Zavaliçi kəndində saxlanılır, lakin heç kim cürət edib onu öyrənə bilmir. Ümumiyyətlə, alimlər zamanın yerdəyişməsi ideyası ilə razılaşıblar.
Bermudda nəinki zaman möcüzələri baş verir, eləcə də buradakı insanların vaxtından əvvəl qocalmaları da müşahidə edilir. Bermud üçbucağı ərazisində 70 metr dərinlikdə üzən ABŞ hərbi gəmisində naməlum qəribə səs-küylər eşidilir. Bunun ardınca onlar hiss etmişlər ki, bədən çox sürətlə qocalır. Həkimlər nə qədər cəhd etsələr də, geri qayıdan heyət üzvlərini müalicə edə bilməmiş və onlar çox sürətlə qocalmışlar.
{nl}
Elçin ABBASOV
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.