Aydın ƏLİYEV: İdxal olunan mobil telefonlar qeydiyyatdan keçməlidir ki, işlək olsun

Fiziki şəxslər və ya şirkətlər tərəfindən Azərbaycana idxal olunan mobil telefonlar qeydiyyatdan keçməlidir ki, ölkə daxilində işlək olsun.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, gömrük xidmətinin yaranmasının 23-cü ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Aydın Əliyev bildirib ki, poçt vasitəsilə də ölkəyə daxil olan telefonları qeydiyyata salmaq mümkün deyil: “Ötən ilin dekabrında Soçidə keçirilən MDB ölkələrinin gömrük xidməti rəhbərlərinin beynəlxalq tədbirində də Rusiyada Gömrük Xidməti tərəfindən bu məsələ qaldırıldı və müzakirəyə çıxarıldı. Yaxın vaxtlarda mövcud problemlərin aradan qaldırılması üçün müəyyən tövsiyələr qəbul olunacaq. Bu qərarlardan sonra bu sahədə olan qanunsuzluqlarla mübarizə apara biləcəyik.

Komitə sədri qeyd edib ki, internet ticarəti dünyada vergilərin toplanması probleminə çevrilib. Artıq bununla bağlı Nazirlər Kabinetinin müəyyən qərarları var.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
July, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında