“Rossiya 24” telekanalında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında sənədli film nümayiş olunub

Rusiyanın “Rossiya 24” telekanalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr edilən “Biz hamımız uşaqlıq ölkəsindənik” (“Vse mı rodom iz detstva”) adlı sənədli film nümayiş olunub.

AzərTAc xəbər verir ki, ekran əsərində birinci xanım Mehriban Əliyevanın çəkildiyi “Danışan məktub” filmindən kadrlar göstərilir, həmin filmdə əsas rollardan biri olan Validə obrazını onun məharətlə oynadığı qeyd edilir.

Filmdə Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun yüzlərlə insana kömək göstərdiyi də əksini tapır. Belə ailələrdən biri balaca İmranın ailəsi olub. Bədbəxt hadisə nəticəsində ağır zədə almış İmran Fondun dəstəyi ilə yenidən normal həyata qaytarılıb.

Filmdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ali təhsil aldığı və həkim işlədiyi illərdən də bəhs edilir.

Filmin yaradıcı heyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin inkişafına, Bakının memarlığına xüsusi önəm verdiyi, Müasir İncəsənət Muzeyi kimi yeni incəsənət və mədəniyyət mərkəzlərinin yaradıldığı məqamlara da diqqət yönəldir.

UNESCO-nun baş katibi İrina Bokova, Fransa Senatının üzvü Natali Qule Mehriban Əliyevanın Azərbaycanın xaricdə tanıdılması istiqamətində gördüyü işlərdən danışırlar. Aktrisa Ornella Muti təşkilat komitəsinin sədri birinci xanım olan “Eurovision-2012” musiqi yarışmasının yüksək səviyyədə keçirildiyini deyib.

Filmdə Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada qədim məbədlərin, Romada katakombaların bərpa edildiyi, Azərbaycanın İtaliyada həyata keçirilən müştərək humanitar layihələrdə iştirak edən ilk müsəlman dövləti olduğu, fondun Versal sarayında aparılan bərpa işlərində fəal iştirak etdiyi vurğulanır. Həmçinin Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının rəhbəri kimi fəaliyyəti, birinci xanımın federasiyaya rəhbərlik etdiyi dövrdə ölkədə bu idman növünün inkişafı ilə bağlı kadrlar da yer alır.  

SSRİ xalq artisti Tamara Sinyavskaya Mehriban Əliyeva haqqında xatirələrini bölüşür, Ümumrusiya Gimnastika Federasiyasının prezidenti İrina Vinner birinci xanımın rəhbərliyi ilə Azərbaycan gimnastikasının qazandığı uğurlardan, aktyor Rober Osseyn isə Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çoxşaxəli humanitar fəaliyyətindən bəhs edirlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında