Qazax: səfərbərlik və çağırış üzrə rayon şöbəsinin inzibati binası əsaslı təmir olunmuşdur

Qazaxda  Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin əsaslı təmirdən sonra istifadəyə verilmiş yeni inzibati binasının açılışı olmuşdur.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin və rayon şöbəsinin rəhbərləri, rayonda yerləşən  hərbi hissə komandirləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə SHXÇDX rəisinin müavini, Çağırışaqədərki Hazırlıq İdarəsinin rəisi, polkovnik Rövşən Əlvəndov açaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyevin ölkəmizdə ordu quruculuğuna göstərdiyi diqqət və qayğısından danışmış, son illərdə bu istiqamətdə həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov  öz çıxışında yeni inzibati binanın istifadəyə verilməsi münasibəti ilə xidmətin rayon şöbəsinin kollektivini təbrik etmiş, onlara öz işlərində uğurlar arzulamış, ölkəmizdə və eləcə də Qazax rayonunda ordu quruculuğu,sosial - iqtisadi inkişaf sahəsində əldə olunmuş uğurlar və qazanılmış nailiyətlərdən söhbət açmışdır. Bildirmişdir ki, bu gün iqtisadiyyatımız və ordumuz da güclüdür. Ölkəmiz buna ulu öndər Heydər Əliyevin və  möhtərəm Prezidentimiz, Ali Baş komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində  nail olmuşdur. Son illər ordu quruculuğuna dövlət tərəfindən göstərilən diqqət və qayğı hamının gözü qarşısındadır. Deyilənlərə bu gün açılışında iştirak etdiyimiz, dünya standartlarına cavab verən bu yeni inzibat bina da əyani sübutdur. Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa və torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Xidmətin rayon şöbəsinin rəisi vəzifəsini icra edən mayor Vüqar Mirzəyev çıxışında bütövlükdə ordumuza, eləcə də onlara göstərilən diqqət və qayğıya, belə gözəl yeni inzibati binaya görə dövlətimizə, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

 Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında