Astara xəbərləri

Fevral ayından rayon mərkəzinin Xəzərsahili ərazisində park-bulvarın tikintisinə başlanıb. Səkkiz hektar sahədə salınan istirahət mərkəzi üçün 250 min kubmetrə yaxın torpaq daşınıb, 600 metrlik sahilboyu məsafədə mühafizə bəndi, gəzinti yeri və  meydan dəmir-beton konstruksiya ilə betonlanıb. Bulvarda 7000 kvadratmetr travertin materialı düzülüb. Sahil boyunca paslanmayan borudan  məhəccər qurulub, müasir işıqlandırma sistemi quraşdırılıb. Xeyli çinar, palıd və  dəmirağac əkilib, suvarma sistemi çəkilib, böyük fəvvarə tikilib.

Turistlərin və qonaqların maraqlı istirahət etmələrindən ötrü bulvara yaxın ərazidə “Astara AAAF Park” kompleksi salınıb, burada mövcud bina yenidən qurularaq üçmərtəbəli hotel və onunla yanaşı, 12 ədəd ikimərtəbəli kottec inşa edilir.

Hazırda ərazidə 2 şəlalə inşa olunur, attraksionlar quraşdırılır. Bundan əlavə,   1200 nəfərlik amfiteatr, çay evi və kafenin, mini futbol və voleybol meydançalarının tikintisi nəzərdə tutulub.

* * *

Məlum olduğu kimi, “IDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən 1-ci “Ümumrespublika yaşıllaşdırma” marafonu ölkəmizdə geniş vüsət alıb. Marafonda Astara Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri fəal iştirak edirlər.

Son günlərdə Xəzərin sahilində yeni salınan park-bulvar ərazisində, Astara şəhəri Gənclər küçəsində, Astara-Qamışlı avtomobil yolunun ətrafında 2000-ə yaxın müxtəlif növ ağac əkilib. Yaşıllaşdırma marafonunda rayonun əksər idarə və müəssisələrinin  kollektivləri yaxından iştirak ediblər. Çinar, kiparis, eldar şamı, akasiya, dəmirağac və palıd ağaclarının əkininə üstünlük verilib.

Yaşıllaşdırma marafonu çərçivəsində tədbirlər davam edir. Rayonun digər ərazilərində 3000-ə yaxın ağac əkini aparılacaq.

* * *

Astara rayonunun  ayrı-ayrı xidmət sahələrinin kollektivləri  ucqar  yaşayış məntəqələrində əhalinin istəyinə uyğun olaraq əməli tədbirlər həyata keçirirlər.

Dağ kəndləri sakinlərinin tibbi müayinə və müalicə üçün rayon mərkəzinə və paytaxta getməyə çətinlik çəkdiyini nəzərə alan mərkəzi xəstəxananın geniş tərkibli tibb briqadası bu günlərdə rayon mərkəzindən 40 kilometr uzaqda yerləşən Pəlikəş kəndində olub və yüzlərlə vətəndaşın müayinəsini təşkil edib. Ehtiyacı olanların müalicəsi məqsədilə də müvafiq tədbirlər görülüb.  

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri


 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
May, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında