“Futbol+Qol” ani lotereyası...

Futbol, qol həyəcanı və uduş sevinci

Milyonlarla insanın diqqəti Braziliyada keçirilən Futbol üzrə dünya çempionatına yönəldiyi bir vaxtda “Azərlotereya”nın yeni layihəsi – “Futbol+Qol” ani lotereyası lotereya həvəskarları üçün yeni bir sürpriz oldu. Qeyd etməliyik ki, “Futbol+Qol” ani lotereyası “Avto Sürpriz 2014" və “Uğurlu rəqəm" lotereyalarında oynanılan Hyundai “Accent”, Hyundai “Santa Fe”, iki Chevrolet “Aveo” və Subaru “Forester” avtomobillərinə, 231 min 088 pul uduşuna daha 122 min 355 pul uduşu, “Kia Rio” və “Kia Sportage” avtomobillərini əlavə etmişdir.

Oyun öz sadəliyi ilə seçilir. Lotereya biletlərinin üzərində yerləşən “Sizin komanda” və “Rəqib komanda” sözlərinin qarşısındakı dairələrin qoruyucu səthini pozduqdan sonra hər iki dairədə 1 rəqəmi əks olunan bilet 1 manat, hər iki dairədə 2 rəqəmi əks olunan bilet  2 manat, hər iki dairədə 3 rəqəmi əks olunan bilet 3 manat udur. Dairələrin qoruyucu səthini pozduqdan sonra sol dairədə 1 və sağ dairədə 0 rəqəmləri əks olunarsa bilet 10 manat,  2 və 0 əks olunarsa 20 manat, 3 və 0 rəqəmləri əks olunarsa 30 manat, 4 və 1 rəqəmləri əks olunarsa 100 manat udur. Örtülü dairələri pozduqdan sonra üzərindəki sol dairədə 5 və sağ dairədə 1 rəqəmləri əks olunan bilet sahibinə 1000 manat qazandırır. Siz öz biletinizin üzərindəki dairələri pozduqda sol dairədə 4 və sağ dairədə 0 rəqəmlərini görürsünüzsə, deməli Kia “Rio” avtomobilinin sahibisiniz. Və nəhayət, aldığınız biletin üzərindəki dairələri pozduqdan sonra üzərində “Sizin Komanda” yazılan dairədə 5 və “Rəqib komanda” yazılan dairədə 0 rəqəmini görürsünüzsə, əmin ola bilərsiniz ki, həmin andan etibarən siz “KİA Sportage” avtomobilinin sahibisiniz.

Yeri gəlmişkən, “Futbol+Qol” lotereyasında iştirak edən bütün istehlakçılara biletlərin üz tərəfində xüsusi lövhədə əks olunan “Pozmaq olmaz” yasağına ciddi yanaşmağı tövsiyə edirik. Lotereyasevərlərə futbol bayramında gözəl qol və əsil uduş sevinci arzulayırıq. Bayram günlərində istənilən uduş daha böyük sevinc doğurur.

Lotereya həvəskarları 28 may axşam “May sevincləri” lotereyasının tirajındakı həyəcan dolu anları yaxşı xatırlayırlar. Goranboy rayon sakini Nicat Cəlilov və Masallı sakini Rasim Eyvazov üçün “Respublika Günü” sözün əsil mənasında ikiqat bayram oldu. Nicat Nissan “Navara” Rasim isə  Nissan “Juke” avtomobillərinə sahib oldular. İldə bir neçə dəfə keçirilən, geniş reklam kampaniyaları ilə müşayiət olunan mövsümi lotereyalardan fərqli olaraq ənənəvi lotereyalar hər gün, hər həftə sadiq iştirakçılarına sevinc bəxş etməkdə davam edirlər. Bu lotereyalar əsil uduş yarışına giriblər.

Ötən yazımızdan keçən bir aydan da az bir vaxt ərzində Füzuli sakini Səlim Xəlilov, Tovuzdan Bayram Kazımov “Binqo” lotereyasında udduqları Chevrolet “Aveo”, Ağdaş sakini Qoşqar Həsənov, Masallı sakini Ümid Yaqubov və zəngilanlı Rəfail Rüstəmov “Klassik Loto”dan udduqları Nissan “Sunny”, nəhayət Astaradan Elşən Şahverdiyev, Qazaxdan Vahid Əmrahov, Bakıdan Nizam İbayev və Şərur rayon sakini Vaqif Həsənov “Super Loto”dan udduqları Kia “Rio” avtomobillərinin sevincini yaşamaqdadırlar. “5/36" və ”6/40" lotereyaları son günlər çoxsaylı pərəstişkarlarını həyəcan içərisində saxlamaqda davam edirlər.

Lotereyasevərlərə onu da bildirmək istərdik ki, “5/36”-nın  “Cek Pot”u artıq 100.000 manatlıq həddi keçdi, “6/40”-ın “Cek Pot”u isə 400.000 manatlıq həddə çataraq, “Azərlotereya”nın uduş rekordunu təzələməyə lap yaxındır. Gördüyünüz kimi lotereya bazarında əsil uduş bolluğudur.  Hər birinizə bol uduşlar arzulayırıq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında