Şimali Koreya qızıl ehtiyatlarını satmağa başlayıb

 

Şimali Koreyanın qızıl ehtiyatlarını satmağa başladığı məlum olub. Şimali Koreyanın “qiymətli metal”ının alıcısı bu ölkənin əsas strateji müttəfiqi sayılan Çin Xalq Respublikasıdır. Bu barədə məlumatı Cənubi Koreyanın “Renhab” agentliyi anonim mənbələrə əsasən verib.  

Cənubi Koreya hökumətinin nümayəndəsi hesab edir ki, Şimali Koreya öz mövcudluğu dövründə təxminən iki min tona yaxın qızıl ehtiyatı toplayıb ki, bu, hazırkı bazar qiymətləri ilə səkkiz milyard dollara bərabərdir. Qeyri-rəsmi məlumatlara görə, Şimali Koreya artıq bir neçə aydır ki, gizli surətdə Çinə öz qızıl ehtiyatlarını satmaqla məşğuldur. Analitiklər hesab edirlər ki, rəsmi Pxenyanın qızıl ehtiyatlarını satması ölkənin iqtisadiyyatının olduqca ağır vəziyyətə düşməsinin göstəricisidir.

 Yeri gəlmişkən, Şimali Koreyanın hazırkı lideri Kim Çen In 2011-ci ildə hakimiyyətə gələndən sonra ilk dəfədir ki, bu ölkə öz qızıl ehtiyatlarını satmağa başlayıb. Lakin Şimali Koreya Xalq Demokratik Respublikasının qurucusu Kim İr Çen ölkənin qızıl ehtiyatlarının satışının əleyhinə olub.

 Məlumdur ki, Şimali Koreya rəhbərliyi nüvə proqramından imtina etmədiyi üçün bu ölkəyə qarşı sərt iqtisadi sanksiyalar tətbiq olunur. Bu, Şimali Koreyanın xarici valyuta əldə etməsi imkanlarını xeyli çətinləşdirir.

Sonda bildirək ki, 2013-cü ilin payızında Şimali Koreyada Cənubi Koreya ilə birlikdə inşa edilən Keson sənaye parkının tikintisi bərpa edilib. Buradakı inşaat işləri bu ilin yazında iki ölkə arasında gərginliyin kəskin artdığı zaman dayandırılmışdı. Keson sənaye parkının inşası Şimali Koreyaya məhdud miqdarda olsa da, xarici valyuta əldə etmək imkanı verir. 

Mahmud QƏZƏNFƏROĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
May, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında