Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu Azərbaycanda seçkiqabağı prosesin başlaması və aparılması barədə müsbət rəy bildirib

Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu Azərbaycanda keçiriləcək 2013-cü il prezident seçkiləri ilə bağlı ilkin hesabatını açıqlayıb. Trend verdiyi məlumatda bildirilir ki, Qrup ümumilikdə seçkiqabağı prosesin başlaması və aparılması barədə müsbət rəy bildirib.

Monitorinq Qrupunun sənəddəində qeyd olunur ki, Azərbaycanda seçki prosesinin hüquqi əsasları beynəlxalq demokratik qaydalara uyğundur. Seçki Məcəlləsi seçki prosesinin bütün prosedurlarını kifayət qədər təsvir edir. Ciddi əməl olunmaqla, Seçki Məcəlləsi ölkə vətəndaşlarının iradəsini ifadə edə və seçki prosesinin şəffaflığını təmin edə bilər.

Daha sonra hesabatda bildirilir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Seçki Məcəlləsinə uyğun olaraq vətəndaşları öz hüquq və vəzifələri barədə maarifləndirmək üçün çalışır. MSK mütəmadi olaraq müşahidəçi missiyalarla əməkdaşlıq edir və missiyalar tərəfindən qeyd olunan məsələlərin həllinə yardım edir. MSK öz işini qrafik üzrə, peşəkarcasına və Seçki Məcəlləsi tərəfindən müəyyən edilmiş bütün tələblərə, müddətə və prosesin mərhələlərinə uyğun olaraq aparır.

Missiya hesab edir ki, seçki prosesinin bütün iştirakçıları, ədalətli və demokratik seçkilərə uyğun olaraq, səslərin planlaşdırılmış sayına cavab verib-verməyəcəyindən asılı olmayaraq, nəticələri qəbul edirlər. Demokratiyanın mahiyyəti bundadır:

"Missiya seçkiqabağı kampaniyanın müddəti, seçki günü, səslərin sayılması və nəticələrin müəyyən olunması prosesinin mövcud gərginlik artırılmadan Azərbaycanda seçki qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcəyinə və bu prezident seçkilərinin beynəlxalq standartlara cavab verəcəyinə ümid edir".

İ.Nizamioğlu, 

"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında