British Council Azərbaycan Teatrlarının Tamaşaçı Kütləsini Artırmaqdadır

 

 

 

 

 

 

Bakı, 17 may, 2013-cü ilBritish Council məmnuniyyət hissi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Teatr Əməkdaşlığı sahəsində “Səhnə Arxasında” layihəsinin davam etdiyini elan edir.

„Auditoriyanın cəlb olunması“ seminarı Coanna Taylor tərəfindən 20-21 may 2013 tarixində Bakının Park İnn mehmanxanasında baş tutacaq. Azərbaycanın dövlət və özəl teatrları, teatr studiyaları və səhnə incəsənəti sahəsində çalışan 15-dən çox mütəxəssis seminar zamanı öz bilik və təcrübələrini paylaşacaq və Birləşmiş Krallığın təklif etdiyi yeni “yaradıcı quruluşçuluq” və əməkdaşlıq modellərini öyrənəcəklər.

Co seqmentləşmə və brend sahəsində xüsusi müştərilərin aparıcı konsultantıdır. Auditoriyanın baxışı vasitəsilə komandanın nizam-intizamını artıraraq tamaşaçının yanaşmasını istiqamətləndirir. Co incəsənət sahəsində ixtisaslaşır. O, menecerləri gündəlik həyatda baş tutan məsələrlə üzləşdirərək praktiki təcrübə və təmiz strateji düşüncə arasında balans yaratmağı bacarır. O, tamaşaçıların cəlb olunmasının səmərəli yollarını axtaran təşkilatları praqmatik dəstək və güvənlə təmin edir.

 

Onun son müştərilərinə Milli Teatr, Curve, The Place, Barbican, London Simfonik Orkestrı, Liverpool Everyman & Playhouse, British Council, Goldsmiths College, Chickenshed və Cornerhouse daxildir. Co tez-tez dünyanın müxtəlif bucaqlarında təlimlər və seminarlar verir.

 

Əlavə məlumat üçün və suallarınızla, xahiş edirik, müraciət edəsiniz:

Dilarə İbrahimova| Proqram Meneceri

Britaniya Konsulluğu | 8-ci mərtəbə, Landmark III binası, Nizami küç. 90A | Bakı AZ1010|

Azərbaycan

T +994 12 497 1593 | M +994 50 2709703 | F + 994 12 498 9236

[email protected]   | www.britishcouncil.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında