Şimali Koreya yeni nüvə sınağına hazırlaşır

 

 

Koreya Xalq Demokratik Respublikası dördüncü dəfə nüvə silahı  sınağı keçirməyə hazırlaşır. Bu barədə Cənubi Koreya parlamentində dinləmələr zamanı bu ölkənin birləşmə üzrə naziri Yu Kil Çje bəyan edib. Məlumatı “Lenta ru” yayıb. 

Nazir bildirib ki, KXDR-in əsas nüvə poliqonu olan Punqeridə keçən həftə hərbçilərin və hərbi texnikanın yerdəyişməsi qeydə alınıb. Bu barədə məlumatlar Cənubi Koreya mətbuatında xüsusi xidmət orqanlarına istinadən yayılıb. Mənbələr onu da bildirmişdilər ki, Pxenyanın belə fəallıq göstərməsi Seul və Vaşinqtona təzyiq kimi də qiymətləndirilə bilər.

Bununla yanaşı, Cənubi Koreyanın kəşfiyyat orqanları KXDR-in iki orta mənzilli ballistik raketi buraxılışa hazırladığı barədə məlumatlara malik olduğunu bəyan edib. Bu raketlər hazırda ölkənin şərq sahilində yerləşdirilib və KXDR-in banisi Kim İr Senin anadan olmasının  101-ci ildönümü günü, yəni aprelin 15-də buraxıla bilər.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında