İki Koreya arasında “müharibə vəziyyəti” yaranıb

 

 

 Martın 29-dan 30-a keçən gecə Koreya Xalq Demokratik Respublikasının hakimiyəti bəyan edib ki, bu gündən ölkə Koreya Respublikası ilə “müharibə vəziyyəti”nə daxil olur. Məlumatı Şimali Koreya mətbuatına istinadən RİA “Novosti” yayıb.

Məlumata əsasən, “bu andan etibarən iki Koreya respublikası arasında münasibətlər müharibə vəziyyətindədir və bütün məsələlər hərbi qanunlar əsasında həll ediləcək”, - KXDR hökumətinin bəyanatında bildirilir. Bəyanat təcili surətdə bütün dövlət idarə və müəssisələrinə göndərilib.  

Bir gün əvvəl isə Şimali Koreya lideri Kim Çen In ölkənin raket qoşunlarının tam hərbi hazırlıq vəziyyətinə gətirilməsi barədə əmr vermişdi. Əmrə əsasən, qoşunlar ABŞ-ın kontinental hissəsinə və bu ölkənin Cənubi Koreyadakı, eləcə də Sakit okeandakı bazalarına zərbə endirməyə hər an hazır olmalıdır.

Dünən Rusiyanın xarici işlər naziri Sergei Lavrov da Şimali Koreya ilə ABŞ arasında gərginliyin nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq edib. Lavrov, eyni zamanda, tərəfləri təmkinli olmağa çağırıb. Nazir bəyanatını Şimali Koreya raketlərinin ABŞ-ın regiondakı bazalarına tuşlandığı barədə xəbərlərdən sonra səsləndirib.


Qeyd edək ki, Cənubi Koreya Respublikası ilə ABŞ arasında əldə edilmiş yeni anlaşmaya əsasən, Şimali Koreya cənuba qarşı müharibəyə başlayarsa, ABŞ bu ölkəyə kömək edəcək.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında