Argentina Prezidenti Roma Papası ilə görüşüb

 

 

Argentinanın Yeni Roma Papası Fransiskdən mübahisəli Folklend adaları ilə bağlı kömək umduğu barədə məlumat vermişdik. Bir neçə gün əvvəl bu məsələ Argentinanın Meksikadakı səfiri Patrisiya Vaka Narvaxa tərəfindən qaldırılmışdı. İndi isə Argentina Prezidenti Kristina Kirşner həmyerlisi olan Roma papasına müraciət edərək onu ölkəsinin ərazi bütövlüyü məsələsinə müdaxilə etməyə çağırıb. Məlumatı “BBC” yayıb.

Məlumata əsasən, Kirşner Fransiskin seçilməsindən dərhal sonra Vatikana səfər edərək onunla görüşüb. Bununla da Argentina Prezidenti Vatikan başçısının qəbul etdiyi ilk dövlət rəhbəri olub. Amma hələ Roma papasının Kirşnerin təklifinə necə münasibət göstərdiyi barədə məlumat verilmir. Bununla belə, bildirilir ki, Berqolo (Papa Fransisk) 2011-ci ildə Buenos-Ayresin arxiyepiskopu olarkən Britaniyanın Folklend adalarını “qəsb etdiyi” barədə bəyanat səsləndirib. O vaxt İngiltərənin baş naziri Devid Kemeron Berqolonun fikri ilə razılaşmadığını bildirmişdi.

Qeyd edək ki, bir qədər əvvəl Argentinanın Meksikadakı səfiri Patrisiya Vaka Narvaxa Yeni Roma Papası Fransiskin Folklend (Malvin) adaları ilə bağlı danışıqlar prosesinin təmin olunmasında vasitəçi ola biləcəyini demişdi. Onun sözlərinə görə, Argentina adaların 1982-ci ildə Böyük Britaniya ilə müharibə nəticəsində yaranmış statusunu tanımır.

Folklend adaları hazırda Böyük Britaniyanın nəzarətindədir. Bir neçə gün əvvəl isə mübahisəli adaların statusu ilə bağlı keçirilmiş referendumun nəticələri Argentina Prezidenti tərəfindən kəskin tənqid edilib. Referendumda adaların sakinləri ərazinin Britaniyaya məxsusluğunu təsdiq ediblər.   

“Ümid edirəm ki, bu məsələdə Roma Papasının səsi eşidilən olacaq. O, mövqelərin yaxınlaşmasına kömək edəcək. Vaxtilə Çili və Argentina arasında Biql boğazı uğrunda müharibənin başlanmasına az qalmış Papanın səfiri kardinal Antonio Samore məsələyə qarışmışdı”, - deyə Vaka Narvaxa Mexikoda bəyan etmişdi.

Yeni Roma Papası əslən Argentinadandır. Kardinal, Buenos-Ayresin 76 yaşlı arxiyepiskopu Xorxe Mario Berqolo martıq 13-də Roma katolik kilsənin 266-cı başçısı seçilib. O, Fransisk adını qəbul edib.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında