Avropada etiraz aksiya və yürüşləri yenidən genişlənir

“Xalq qəzeti” “Euronews” agentliyinə istinadən bildirir ki, İspaniyada yüksək işsizlik səviyyəsi və hökumətin iqtisadi siyasətinə etiraz edən on minlərlə insan ölkənin 60 şəhərində yürüş keçirib. Paytaxt və digər şəhərlərdə yürüşlərin təşkilində 150-ə yaxın ictimai təşkilat və həmkarlar ittifaqları iştirak edib. Aksiyaya avtomobil sənayesi və tikinti sahəsində çalışanlar, jurnalistlər, polislər və tibb işçiləri qoşulublar. Hüquq mühafizə orqanlarının məlumatına görə, təkcə Barselonadakı mitinqdə 20 min insan iştirak edib. 

Dünən Bolqarıstanda da etiraz yürüşü olub. Belə ki, minlərlə nümayişçi küçələrə axışaraq nəqliyyatın hərəkətini iflic edib. Aksiya iştirakçıları elektrik enerjisinə qoyulan yüksək vergi, aşağı əmək haqqı və  dəmiryol şirkətlərinin özəlləşdirilməsinə qarşı etiraz ediblər. Paytaxt Sofiyada dəmiryol şirkətlərinin özəlləşdirilməsinə qarşı çıxış edənlər paytaxtın əsas küçələrindən birini bağlayıblar və şəhər merinin istefasını istəyiblər. Etirazçılar nümayişi paytaxt dəmiryol vağzalındakı relslərin üzərində davam etdiriblər. Aksiya qatarların hərkətinə mane olub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında