Keniyada keçirilən prezident seçkilərində Uxuru Keniyatta qalib gəlmişdir

 

 

Keniyada martın 4-də keçirilən prezident seçkilərində baş nazirin müavini, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən bəşəriyyət əleyhinə cinayətlərdə ittiham olunan Uxuru Keniyatta qalib gəlmişdir.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, Keniya Mərkəzi Seçki Komissiyası bütün büllütenlərin sayılmasından sonra U.Keniyattanın 50,03 faiz səs topladığını və birinci turda qalib gəldiyini açıqlamışdır.

Onun əsas rəqibi olan Baş nazir Rayl Odinqinin qərargahından bildirilmişdir ki, seçkilərin nəticələri ilə bağlı məhkəməyə müraciət edəcəklər.

Qeyd edək ki, U.Keniyatta 2007-ci il seçkilərindən sonra kütləvi iğtişaşların təşkilində və 1200 nəfərin ölümünə səbəb olmaqda ittiham edilir. Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Luis Moreno Okampo ehtimal edir ki, iğtişaşlar zamanı U.Keniyatta “Munqiki” dini-siyasi hərəkatının ekstremistlərinə rəhbərlik etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
August, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında