Maksim Bakiyev Böyük Britaniyadan siyasi sığınacaq istəyib

Qırğızıstanın sabiq Prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyev Böyük Britaniya hökumətindən xahiş edib ki, ona siyasi sığınacaq versinlər.
Bu barədə "Frans Press" agentliyi Britaniyanın "Carter - Ruck Salicitors" hüquq firmasına istinadən xəbər verib. Hüquq firması Maksim Bakiyevin maraqlarını nəzərə alaraq ona müvəqqəti siyasi sığınacaq verilməsini xahiş edib. M.Bakiyev günahsız olduğunu bildirib.
Xatırladaq ki, M.Bakiyev iyunun 14-də Britaniya hava limanında saxlanılıb. Ertəsi gün Qırğızıstan Prokurorluğu ölkənin Xarici İşlər Nazirliyinin vasitəsi ilə M.Bakiyevin ekstradisiyası üçün təqdimat göndərib. Bundan əvvəl isə Qırğızıstanın hüquq-mühafizə orqanları M.Bakiyevi tapmaq üçün İnterpola müraciət etmişdilər.
Qırğızıstan hökuməti M.Bakiyevi maliyyə fırıldağında ittiham edir. Hüquq-mühafizə orqanları belə hesab edirlər ki, Rusiyadan verilən kreditin böyük məbləğini - 300 milyon ABŞ dollarını o mənimsəyib. Bundan əlavə, Maksim Bakiyev Qırğızıstanın cənubunda iyunun 11-də baş vermiş iğtişaşlarda da günahlandırılır.
Bu ərəfədə BMT-nin Baş katibi Pan Gi Mun bəyan edib ki, Qırğızıstana 71 milyon dollarlıq kömək ediləcək. Bu məsələ BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Con Holmsa tapşırılıb.
Bundan əlavə, Pan Gi Mun onu da deyib ki, Özbəkistana qaçan qırğızlara da yardım ediləcək. Artıq BMT Qırğızıstana 8 milyon dollarlıq humanitar yardım göstərib.
"İnterfaks" agentliyinin verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Qırğızıstana gedib və 40 ton humanitar yardım aparıb.
Artıq bir sıra ölkələr - Rusiya, Fransa və ABŞ, habelə bir sıra humanitar təşkilatlar Qırğızıstana kömək ediblər. Vaşinqton isə Bişkekə 32 milyon dollar həcmində humanitar yardım göstərib.

{nl}

Aida AYSA, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında