Xarici xəbərlər (14.07.2012)

İtaliya
Berluskoninin niyyəti
Əgər lideri olduğu "Xalq azadlığı" partiyası 2013-cü ilin parlament seçkilərində qalib gələrsə Silvio Berluskoni yenidən baş nazir olmaq niyyətindədir. Açıqlamanı partiyanın parlamentdəki fraksiyasının rəhbəri Fabrisio Çikkito verib. Qeyd edək ki, Berluskoni 3 dəfə - 1994-1995, 2001-2006 və 2008-2011-ci illərdə İtaliyanın baş naziri olub.
Xəbəri "Alman dalğası" yayıb.

{nl}


Böyük Britaniya
Qızıla tələbat artacaq
2012-ci ildə dünyada qızıla tələbat əvvəlki illə müqayisədə 3,2 faiz artaraq 4,628 min ton təşkil edəcək. Bu, Thomson Reyters GFMS-in şərhində əksini tapıb. Thomson Reyters GFMS dünyada qiymətli metallar üzrə aparıcı kompaniyalardan biridir. O, qızıl, gümüş, platin və palladium bazarı üzrə tədqiqatlarda ixtisaslaşıb.
İnformasiyanı BBC yayıb.

{nl}


Rusiya
"Avatar"ın ideyası yakut eposundan götürülüb?!
Rejissor Ceyms Kemeron məşhur "Avatar" filminin ideyasını yakut folklorundan və məhz "Olonxo" eposundan götürüb. Açıqlama ilə Saxa Respublikasının mədəniyyət naziri Andrey Borisov çıxış edib. Onun sözlərinə görə, filmin süjeti cüzi dəyişikliklərlə hər bir yakutun uşaqlıqdan yaxşı bildiyi eposu təkrar edir. Qeyd edək ki, "Avatar" dünya kinosu tarixində ən çox pul toplamış filmdir.
Məlumatı "İnterfaks" agentliyi verib.

{nl}


Avstraliya
Silahlanma layihələri
Yaxın 4 il ərzində Avstraliya Müdafiə Nazirliyi silah və hərbi texnika alınmasına 153 milyard Avstraliya dolları ( 155,5 milyard ABŞ dolları ) sərf edəcək. Vəsait 111 layihənin həyata keçirilməsinə yönəldiləcək. Qeyd edək ki, bir müddət əvvəl ölkədə 12 yeni sualtı qayığın inşasına 40 milyard dollar ayrılması barədə açıqlama verilmişdi.
Xəbəri CNN verib.

{nl}


Fransa
60 milyon avroluq transfer
Parisin PSJ futbol klubu İtaliyanın "Milan" komandasının hücumçusu Zlatan İbrahimoviçi və müdafiəçisi Tyaqo Silvanı alır. Transferin məbləği 60 milyon avrodur. Qeyd edək ki, İbrahimoviç keçən mövsüm İtaliya A seriyasının ən yaxşı oyunçusu olub və rəqib qapılarından 28 top keçirib.
Xəbəri "Alman dalğası" yayıb.

{nl}

Hazırladı: Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
August, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında