BVF rəhbəri: Dünya "böyük depressiya" ərəfəsindədir

"APA-ECONOMICS"in "The Guardian"a istinadən verdiyi xəbərə görə, bu sensasion bəyanatla Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard çıxış etmişdir.
Onun sözlərinə görə, dünya ölkələri borc böhranını aşmaq üçün fikir ayrılıqlarını aradan qaldırmasalar və birgə işləməyə başlamasalar, bunun nəticəsi çox ağır olacaq: "Dünya iqtisadiyyatının inkişaf perspektivləri hazırda o qədər də sevindirici deyil və eynən 1930-cu illərdə olduğu kimi çox qaranlıqdır. Amma biz o cür nəticələrin olmasını istəmirik".
BVF rəhbəri demişdir ki, böhranı ayrı-ayrı dövlət qrupları deyil, bütün dünya həll etməlidir: "Bu dünyada heç bir ölkə böhrandan sığortalanmayıb".
Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonra böhran İtaliya, İspaniya, İrlandiya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının "zəif bəndi" sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 340 mlrd. avro (adambaşına 31 min avro) təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında