700-dən çox liviyalı NATO bombardmanının qurbanı olub

Liviyada vəziyyət gündən-günə gərginləşir. Son günlər NATO-nun bu ölkə ərazisindəki bombardmanları daha intensiv xarakter alır. Alyansın rəhbərliyi əsas hədəfin hərbi obyektlər və Liviya lideri Müəmmər Qəddafi ordusunun olduğunu iddia etsə də, Liviyada dinc sakinlərin ölməsi halları artır. Liviya hökumətinin sözçüsü Musa İbrahim yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirib. 
O deyib ki, NATO Liviyada hərbi əməliyyatlara başlayan gündən, yəni 19 martdan bu vaxta qədər burada 718 ölüm faktı qeydə alınıb, 4067 nəfər isə xəsarət alıb. Onların 433 nəfərinin vəziyyəti ağır olaraq qalır. Xatırladaq ki, bu rəqəmlər yalnız dinc sakinlərə aiddir. Hərbçilər arasında ölənlərin sayı həmin siyahıya əlavə olunmayıb.
Qeyd edək ki, bu günlərdə BMT Təhlükəsizlik Şurasının nümayəndəsi Liviya hadisələri ilə bağlı açıqlama verib. Bildirib ki, Liviyada fevral ayından etibarən vətəndaş müharibəsi zamanı 1200-dən çox insan qətlə yetirilib və ya itkin düşüb. Təhlükəsizlik Şurasının nümayəndəsi həmçinin Liviya lideri M. Qəddafini "lüzumsuz müqavimətə" son qoymağa çağırıb. Bu arada Liviyada səfərdə olan Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Ceykob Zumanın vasitəçilik səylərinin uğursuz başa çatdığı barədə məlumatlar yayılıb. Belə ki, C. Zumanın şəxsi təşəbbüsünə baxmayaraq, Liviyada atəşkəs sazişi əldə olunmayıb. CAR lideri Liviya mediasına bildirib ki, M. Qəddafi atəşkəs şərtlərinə NATO bombardmanlarına son qoyulmasının və ötən ay müxalfət tərəfindən rədd edilmiş müddəaların daxil edilməsini istəyir.
Onun sözlərinə görə, M.Qəddafi Liviyadakı qarşıdurmanın liviyalıların öz aralarında həll olunmasında israr edir. Yeri gəlmişkən, Liviya dövlət televiziyası M.Qəddafinin C.Zumanı qarşıladığını göstərən kadrları yayımlayıb. Müşahidəçilərin sözlərinə görə, mayın 11-dən bəri ilk dəfədir ki, M.Qəddafi televiziya ekranlarında görünür. CAR lideri Liviya rəhbərinin istefa verməyə hazır olub-olmadığı haqqında heç nə deməyib. Bəlli olduğu kimi, üsyançılar M.Qəddafinin qeyd-şərtsiz istefa verməsini tələb edirlər.
Üsyançıların xarici işlər naziri doktor Fathi Baya deyib ki, indi beynəlxalq ictimaiyyət artıq M. Qəddafinin hakimiyyəti tərk etməsi şərtlərindən danışır. Bu arada Romada mətbuat konfransı keçirən səkkiz yüksək rütbəli liviyalı zabit bu günlərdə 120 əsgərin Qəddafiyə qarşı çıxdıqlarını deyiblər. Onların sözlərinə görə, NATO hava zərbələrinin sayəsində Liviya hökumət qüvvələrinin səmərəliliyi xeyli azalıb.

{nl}

Mahmud QƏZƏNFƏROĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında