Zabrat istiqamətində yolda yaranan sıxlıq aradan qaldırılıb

Bakı Nəqliyyat Agentliyi tıxac və digər problemlərin həllini nəzərdə tutan layihələrin icrasını davam etdirir. 
 
Şəhərin əsas nəqliyyat yükünü özündə cəmləşdirən yollarda hərəkətə mane olan problemlərin aradan qaldırılması işləri görülür. Bu çərçivədə daha bir yolda – Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında nəqliyyat şəraitinin yaxşılaşdırılmasına dair işlər yekunlaşıb. Ərazidə aparılan müfəssəl təhlillərə əsasən, hazırlanan plana uyğun olaraq, yerüstü piyada keçidinin yaxınlığında yolun hər iki istiqamətində yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilib. Əvvəllər mövcud olan dayanacaq məntəqələrindən bir qədər irəlidə yeni tipli dayanacaq məntəqələri təşkil edilib, pavilyonlar qoyulub, müvafiq nişanlanma işləri görülüb. Bununla yanaşı, yerüstü keçidin hər iki hissəsində səki boyunca dəmir məhəccərlər vurulub ki, bu da piyadaların yolu pərakəndə halda keçməsinin qarşısını almaq məqsədi daşıyır. Bu barədə agentlikdən məlumat verilib.
Xatırladaq ki, Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində piyada keçidinin qarşısında günün pik saatlarında yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilirdi. Qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərin avtomobilinin keçidin yanındakı dayanacaq məntəqəsini zəbt etməsi ərazidə sıxlığın yaranmasına səbəb olurdu. Pik saatlarda Zabrat istiqamətində də yolda yaranan sıxlıq Sabunçu yol qovşağında hərəkətin intensivliyinə ciddi maneə yaradırdı. Analoji vəziyyət Heydər Əliyev prospekti istiqamətində də müşahidə edilirdi. Dayanacaq məntəqəsi zəbt edildiyindən sərnişinlər avtobusa yolun hərəkət hissəsində minib-düşürdülər ki, bu da onların təhlükəsizliyi baxımından çətinlik yaradırdı. Qeyd edildiyi kimi, görülmüş işlər nəticəsində nəqliyyat axınına maneçilik törədən amillər artıq aradan qaldırılıb.
Məlumat üçün bildirək ki, Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində yerləşən dayanacaq məntəqələrinə gün ərzində 21 marşrut xətti üzrə avtobuslar daxil olur. 
Ü.VAHİDQIZI, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında