Türkiyəli hərbi qulluqçular ailə üzvləri ilə birlikdə Azərbaycanda səfərdədirlər

Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı razılığa əsasən, qardaş ölkənin bir qrup hərbi qulluqçusu və onların ailə üzvləri ölkəmizə səfərə gəliblər.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçuların, mülki işçilərin və onların ailə üzvlərinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud olan dostluğun, əməkdaşlığın genişlənməsinə və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Proqrama uyğun olaraq, qonaqların Bakı, Gəncə, Şəmkir və Şəki şəhərlərinə ekskursiyası təşkil edilib. Türkiyəli heyət ölkəmizin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, adət-ənənəsi ilə yaxından tanış olub, milli mətbəximizə məxsus yemək və şirniyyatlardan dadıblar.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında