“Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü” adlı tədbir

Yunus Əmrə İnstitutunda “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə qardaş Türkiyə Cümhuriyyətinin Şanlıurfa Böyükşəhər bələdiyyəsinin sədri Nihat Çiftçi, Malatyanın Battalqazi bələdiyyəsinin sədri Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin rəhbəri Hamit Özpolat və “Duru TV”-nin baş müdiri Mehmet Canbekdən ibarət heyətin iştirakı ilə “Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü” adlı tədbir keçirilib.


Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycanın həm də onların vətəni olduğunu vurğulayıb və türk bələdiyyə sədrlərinin  Azərbaycana ilk səfərləri olduğunu bildirib. Q. Paşayeva türkiyəli qonaqların ölkəmizdə bir sıra dövlət qurumları, xüsusilə də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi, Abşeron Rayon İcra Hakimiyyəti, bir sıra vətəndaş cəmiyyətində fəal olan qeyri-hökumət təşkilatları, millət vəkilləri, iş adamları birlikləri, KİV təmsilçiləri ilə görüşlər keçirdiyini, gələcəkdə əməkdaşlıqların daha da güclənməsi istiqamətində müzakirələrin aparıldığını diqqətə çatdırıb. O deyib: “Şanlıurfaya səfərimiz zamanı görüşlərin bəhrəsi öz nəticəsini verdi. Bu ilin oktyabrında Şanlıurfada Azərbaycan bulvarı və Qarabağ parkının açılış mərasimi olacaq. Təklifimizi qəbul etdikləri üçün Şanlıurfa bələdiyyə başqanına təşəkkür edirəm”.

Q.Paşayeva Battalqazidə (Malatya) dəfələrlə səfərdə olduğunu, orda Qarabağ ağrımız, Xocalı Soyqırımı, Azərbaycan həqiqətləri ilə bağlı konfranslar verdiyini və həmin tədbirlər çərçivəsində Battalqazi bələdiyyəsinin başçısı ilə görüşdüyünü və bu görüşlər zamanı Azərbaycanımız, gözəl Qarabağımızın adının parklara, bulvarlara, mərkəzlərə verilməsini təklif etdiyini və bu təkliflərin yüksək səviyyədə qəbul olunduğunu deyib. Battalqazidə ən böyük bölgənin Qarabağlılar adlandığını deyən Q.Paşayeva Battalqazi bələdiyyəsinin başçısı S.Gürkana təşəkkür edib. Battalqazinin çox qədim bölgələrdən biri olduğunu deyib və o gözəl yurd yerlərimizdə Şanlıurfa, Battalqazi kimi parkların açılacağına inamını vurğulayıb.
    Şanlıurfa Böyükşəhər bələdiyyəsinin sədri Nihat Çiftçi Azərbaycanda olmaqdan məmnun olduğunu söyləyib və bu cür səfərlərin iki ölkə arasında əməkdaşlıqları daha da gücləndirdiyini vurğulayıb.
 Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan Yunus Əmrə İnstitutunda belə bir tədbirin təşkil edilməsini əlamətdar hadisə olduğunu vurğulayıb.
    GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat iki ölkə arasında müxtəlif sahələrdə, parlamentlər, dövlət strukturları, eləcədə media sahəsində əlaqələrin daha da inkişafına, əməkdaşlığın vacibliyinə toxunub. “Duru TV”-nin baş müdiri Mehmet Canbek Azərbaycana səfərlərini müsbət qiymətləndirib və bildirib ki, əməkdaşlığın genişlənməsi və qarşılıqlı görüləcək işlər iki dost və qardaş xalq arasında əlaqələri daha da gücləndirəcək.
    “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Q.Paşayeva və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova qonaqlara Azərbaycanın qədim tarixini, qədim Qobustanı özündə əks etdirən hədiyyələr təqdim ediblər. Sonda Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətində təbliği istiqamətində görüləcək işlərlə bağlı təkliflər səsləndirilib, iki ölkə şəhərləri arasında qardaş şəhərlərin seçilməsinin vacibliyi vurğulanıb.
 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında