Nəqliyyat xidməti müasir standartlara uyğun olmalıdır

Milli Məclisin deputatı Azər Badamov avtobus  və metroda gediş haqqlarının artırılması barədə qərara münasibət bildirərkən deyib: Mövcud reallıqlara diqqət yetirdikdə qeyd edə bilərik ki, tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsinə təkan verəcək, onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
 
  MDB və region ölkələrində ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərə nəzər saldıqda aydın olur ki, yeni dəyişikliklərdən sonra da Azərbaycanda müvafiq göstəricilər həmin ölkələrlə müqayisədə aşağı olacaq: “Statistik göstəricilərə nəzər yetirdikdə məlum olur ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manatdır.  Avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifiisə Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manatdır.
Hazırda dünya ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiyməti  yenə ən aşağı səviyyədədir. Bundan başqa,   10 ilə yaxındır ki, ölkəmizdə nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalırdı. Lakin bu müddət ərzində nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində əsaslı tədbirlər həyata keçirilib. Yəni ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun  əsaslı şəkildə  yenidən qurulub.
Deputat qeyd edib ki, Azərbaycan dövlətinin əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi çoxsaylı tədbirlər, reallaşdırılan layihələr fonunda bu qiymət artımı nəzərəçarpmayacaq bir göstəricidir: “Dövlətimiz və Prezidentimiz  həmişə öz vətəndaşının yanında olub və qətiyyətlə deyə bilərəm ki, bu gündən sonra da həmin siyasət davam etdiriləcək”.
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında