Dünyanın heç bir ölkəsində əlillərə, şəhid ailələrinə belə qayğı göstərilmir

Avqustun 1-də Bakının Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində mən də iştirak edirdim. Möhtərəm Prezidentimiz İlham Əliyev mənzilin və minik avtomobilinin açarlarını mənə təqdim edəndə sevincimin həddi-hüdudu olmadı. Dünyanın heç bir ölkəsində əlillərə, şəhid ailələrinə belə yüksək səviyyəli diqqət və qayğı göstərilmir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verənlər və əlil olanlar daim dövlətin diqqət mərkəzində saxlanılır.
 
Mən də bu amal uğrunda sağlamlığımı itirmişəm, ancaq Milli Qəhrəman kimi şərəfli ad qazanmışam. Mənim, eləcə də Böyük Vətən müharibəsi, Qarabağ döyüşləri iştirakçılarının sosial müdafiəsinin gücləndiriməsi ölkə başçısının, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqətindən heç vaxt kənarda qalmayıb. Milli qəhrəmanlara, əlillərə, şəhid ailələrinə verilən müavinətlərin hər il artırılması artıq ənənə halını alıb. Bu diqqət və qayğı yetişən gənc nəsil üçün də çox yaxşı örnəkdir. Onlar da görürlər ki, Vətənin müdafiəsi, torpaqlarımızın azadlığı uğrunda sağlamlıqlarını itirənlər, canını qurban verənlər heç vaxt unudulmurlar.
Lökbatan qəsəbəsində yeni inşa edilmiş yaşayış kompleksində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 35 mənzil təqdim olundu. Mənzillərin təqdimolunma mərasimində ­bildirildi ki, dövlət bu mənzilləri satın alıb və biz veteranlara, şəhid ailələrinə hədiyyə edib. Həmin gün 136 minik maşınının açarları da təqdim edildi. Onlardan 110-u ərazi bötövlüyümüzün uğrunda əlil olanlara və şəhidlərin ailə üzvlərinə, 26-sı Böyük Vətən müharibəsi iştirakçılarına, 10-u isə Çernobıl əlillərinə verildi. Göründüyü kimi, heç kim yaddan çıxmır, heç kim unudulmur. Bu minik avtomobilləri də dövlət tərəfindən bizə verilən növbəti hədiyyədir. 
Ölkəmzin durmadan inkişaf etməsi, iqtisadi qüdrətimizin artması, xüsusilə, ordu quruculuğunun gündən-günə möhkəmləndirilməsi hər birimizdə qürur hissi yaradır. 2016-cı ilin Aprel döyüşlərində uzun müddət işğal altında olan ərazilərimizin 2 min hektar sahəsinin cəmi 4 gün ərzində azad olunması və erməni silahlı qüvvələrinin darmadağın edilməsi Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Ermənilər özlərinə gəlməmiş Günnütdə daha 11 min hektar ərazi düşməndən azad edildi. Biz bununla fəxr edirik.
Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sevindirici haldır ki, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə görülmüş tədbirlər sistemində, ilk növbədə, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, müharibə veteranları xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə ediliblər. Fəxr edirik ki, belə bir ölkədə yaşayırıq.
Sahil MƏMMƏDOV,
Azərbaycanın Milli Qəhrəmanı
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında