Azərbaycan dövlətinin sosial proqramları dərin razılıq hissi doğurur

Avqustun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasiminə mən də dəvət olunmuşdum. Belə bir unudulmaz tədbirin iştirakçısı, həmçinin mənzil və avtomobul alanlardan biri olduğumdan çox sevinirəm. 
 
Mən II qrup əliləm. Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərdə əlil olmuşam. Bundan qürur duyuram. Çünki sağlamlığımı ərazi bötövlüyümüzun təmin olunması yolunda qurban vermişəm. Əmək qabiliyyətimi itirsəm də, dövlətimizin qayğısını hər adddımbaşı hiss edirəm. İndi də mənə ev və avtomobil hədiyyə olundu. Açarları şəxsən dövlətimizin başçısından almaq mənim üçün böyük şərəfdir. 
Biz hər cür qayğı ilə təmin olunmuşuq. Tədricən məşğulluq problemləri də həll olunur. Hazırda genişmiqyaslı özünüməşğulluq proqramının icrasına başlanılıb. Bildiyimə görə, hər il ən azı 7 min ailə bu proqramla əhatə olunacaq. Hər bir ailəyə minimum 5 min manat dəyərində ləvazimat, vəsait, müxtəlif təyinatlı avadanlıqlar veriləcək ki, onlar öz işini qura bilsinlər. Dövlət ­başçımızın göstərişinə əsasən, müharibə əlilləri, ­veteranlar və şəhid ailələri də bu proqramla əhatə olunacaqlar. Artıq bu işlərə start verilib. Bu, bizim kimi insanların məşğulluq probleminin həllinə böyük töhfə verəcək.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə və möhtərəm ­Prezidentimiz İlham Əliyevin dahi şəxsiyyətin siyasi kursunu davam etdirməyə başlamasından bu günə qədər şəhid ailələrinə və müharibə əlillərinə 5500-dən çox fərdi ev, mənzil və 6 mindən çox minik maşını verilib. Lökbatan qəsəbəsində isə daha 35 mənzil və 136 minik avtomobili hədiyyə edildi. Bu, dövlətin bizə olan qayğısının təzahürüdür. Dövlətimizin başçısı bildirdi ki, bu ilin sonuna qədər əlavə 170 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Qeyd olundu ki, hələ də mənzillə təmin olunmayan şəhid ailələri, müharibə əlilləri növbəti illərdə mütləq mənzil alacaqlar.
Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi bir daha təsdiqəyir ki, Vətənimizin müdafiəsi uğrunda canını qurban verənlər, həmçinin sağlamlığını itirənlər bundan sonra da həmişə ehtiramla yad olunacaq, onların həyat səviyyəsinin yüksəldilməsi daim diqqqət mərkəzində saxlanılacaq. Mən bütün bunlara görə, ­Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm.
Ələddin HAQVERDİYEV,
II qrup Qarabağ müharibəsi əlili

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında