“Günəşli” yatağında yeni quyu qazılır

SOCAR-AQŞ “Günəşli’’ yatağında növbəti quyuda qazma işlərinə başlayıb. Müəssisə “Günəşli’’ yatağındakı 7-ci stasionar dəniz özülündən 325 saylı quyuda qazma işlərinə başlayıb. Bu barədə məlumat SOCAR-AQŞ-dan verilib.
 
Qeyd edək ki, 325 saylı quyunun layihə dərinliyi 2850 metrdir. 
Dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ, həmişə olduğu kimi, bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun olaraq, nəzərdə tutulan vaxtdan tez və iqtisadi cəhətdən səmərəli şəkildə qazaraq sifarişçiyə təhvil verəcəkdir. Qeyd edək ki, sifarişçi ­SOCAR-ın “Azneft” İstehsalat Birliyidir. 
SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron” Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir
Müəssisənin səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.
Ülviyyə VAHİDQIZI, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında