Albaniya-Kosovo sərhədi ləğv edilir

Albaniyanın diaspor məsələləri üzrə naziri Pandeli Mayko diaspor problemlərindən bəhs edərkən bildirib ki, 2019-cu il yanvarın 1-dən etibarən Albaniya ilə Kosovo arasındakı sərhəd ləğv ediləcək. Bu barədə məlumatı TASS yayıb.
 
Pandeli Mayko yanvarın 1-dən Albaniya ilə Kosovo arasında sərbəst hərəkətin  başlayacağını bildirib: “Bizə Albaniya ilə Kosovo arasında sərhədi açmaq lazımdır. Albaniyanın baş naziri Edi Rama bizə bu barədə qərar qəbul etdiyini bildirib”.
Həmin tədbirdə iştirak edən Kosovo liderləri – Haşim Taçi və Ramuş Xaradinay Edi Ramanın qərarını şərh etməyblər.
Bir müddət əvvəl Serbiya prezident adminstrasiyasının başçısı Nikola Selkoviç xəbərdarlıq edərək bildirmişdi ki, Albaniya və Kosovo Alban-Kosovo gömrük birliyi və başqa elementləri ilə real ittifaq yaradırlar.
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında