“Moskva İranı Suriyanı tərk etməyə məcbur edə bilməz”

Bu fikri Rusiyanın İsraildəki səfiri səsləndirib
Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov yerli “10-cu telekanal”a müsahibəsində bildirib ki, rəsmi Moskva İranı Suriyadan çıxmağa məcbur edə bilməz. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
 
A.Viktorov deyib: “Rusiya İranı inandırmağa cəhd edir ki, öz əsgərlərini Suriyadan çıxarsın, lakin, biz Tehranı buna məcbur edə bilmərik”. Qeyd etmək lazımdır ki, ABŞ və İsrail rəsmiləri dəfələrlə Moskvanı İranın Suriyanı tərk etməsi üçün Tehrana təzyiq göstərməyə çağırıblar. 
Səfirin sözlərinə görə, hazırkı vəziyyətdə İsrail hökumətinin Suriyadan bütün xarici qüvvələrin çıxarılması ilə bağlı tələbi real deyil. A.Viktorov bunu belə əsaslandırıb ki, İranın Suriyada hərbi mövcudluğu BMT-nin hüquqi prinsipləri nöqteyi-nəzərindən tamamilə qanunidir. 
Rusiyanın İsraildəki diplomatik missiyasının rəhbəri sözügedən müsahibədə həmçinin qeyd edib ki, Moskva İsrail aviasiyasının vaxtaşırı Suriya ərazisində İrana və onun müttəfiqlərinə qarşı hava zərbələri endirməsini təqdir etmir. Bununla bərabər, Rusiya İsrailə “necə hərəkət etməli olduğu barədə” göstəriş verə bilməz. 
Bu arada Suriya ordusunun Daraa vilayətində İŞİD-in ən böyük dayağını zərərsizləşdirdiyi barədə məlumat yayılıb. Bu barədə RİA “Novosti” Suriya ordusunun hərbi səhra komandirlərindən birinə istinadən məlumat yayıb. 
Bildirilir ki, dünən hərbçilər Şadjra yaşayış məntəqəsinə nəzarəti ələ alıblar. Minaaxtaranlar artıq əraziyə baxış keçirməyə və onu minalardan təmizləməyə başlayıblar. Daha əvvəl Suriya ordusunun vilayətin Tofas şəhərini yaraqlılardan azad etdiyi və orada ölkə bayrağını dalğalandırdığı xəbər verilib.
 
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında