ANAMA: Bu ilin iyul ayında 168 partlamamış hərbi sursat zərərsizləşdirilib

Bu ilin iyul ayı ərzində Agentlik tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, Xocavənd, Qazax, Qaradağ, Lənkəran, Tərtər, Tovuz rayonları, Gəncə və Sumqayıt şəhərləri ərazisində 424,299 m² (42.43 ha) ərazi yoxlanılıb. Həmin ərazilərdə  168 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina və 3 ədəd tank əleyhinə mina (cəmi 173 ədəd) aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, əməliyyatlarda 486 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək  529,515,651 m² (52,951.57 ha) ərazi təmizlənib və 797,096 ədəd mina və partlamamış hərbi sursat (PHS)  tapılaraq zərərsizləşdirilib.  

  İyul ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 8 (səkkiz), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 7 (yeddi), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən (DSX) - 2 (iki) və Rayon İcra Hakimiyyətindən (RİH) - 1 (bir) müraciət daxil olub. Müraciətlər əsasında 11,170 m²  ərazi təmizlənib,  32 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib. Qeyd edək ki, iyul ayı ərzində minadan zərərçəkən olmayıb.

Əfsanə BAYRAMQIZI, 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında