Britaniya Sankt-Peterburqdakı Baş Konsulluğunu bağlayıb

Strateq.az yazır ki, Böyük Britaniya hökuməti Sankt-Peterburqdakı Baş Konsulluğunu bağlayıb. Sayt xəbər verir ki, bu məlumatı Krallığın Rusiyadakı səfirliyi “Facebook” səhifəsində yayıb.

“Böyük Britaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu rəsmi olaraq bağlanıb. Bu addımı atmağımıza səbəb Solsberi hadisəsindən sonra Rusiya hakimiyyətinin bizə münasibətıdir”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, cari ilin mart ayında Rusiya Böyük Britaniyanın 23 diplomatını “persona-non-qrata” (“arzuedilməz şəxs”) elan etmişdi. Bundan başqa, Sankt-Peterburqdakı Baş konsulluğun fəaliyyət göstərməsi barədə razılıqdan imtina etmişdi.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında