Antalyada Azərbaycan şəhidləri abidəsi açılıb

Antalyada, Kəpəz bələdiyyəsində Milli Məclisin deputatı Q.Paşayevanın təklifi ilə Azərbaycan şəhidləri abidəsi açılıb. Bələdiyyə sədri Hakan Tütüncü “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva, Antalya Qəzetəçilər Cəmiyyəti rəhbəri Mevlüt Yeni və Antalya Türk Ocaqları sədri Abdullah Uysalın Kəpəzdə Antalyalı Azərbaycan şəhidlərinin adını daşıyan bir abidənin açılması ilə bağlı təklifini yerinə yetirdiklərini deyib və bu abidənin açılmasının bugünkü və gələcək nəsillər üçün önəmi barədə geniş çıxış edib.

 Q.Paşayeva Kəpəz bələdiyyəsinin sədrinə təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Onun Kəpəzdə Azərbaycan küçəsinin və Qarabağ parkının açılması, orada Azərbaycanla bərabər Türkiyə və Türk dünyası üçün də böyük xidmətləri olmuş ziyalıların büstlərinin qoyulması, xatirə lövhələrinin olması və gənc nəsillərimizə onların daha geniş tanıdılması təkliflərinə gəlincə, bələdiyyə sədri onun da qısa zamanda reallaşacağını bildirib. Q.Paşayeva çıxışında Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək,--“Kəpəzi də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik,-- deyib.

 Kəpəz bələdiyyəsinin sədri H.Tütüncü Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini, həmçinin qardaş bələdiyyələr məsələsi ilə bağlı addımlar atılacağını bildirib. Q.Paşayeva çıxışında,-- “qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik,”-- deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib və Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib.

Bu layihənin reallaşmasında əməyi olan Antalya Qəzetəçilər Cəmiyyətinin rəhbəri M.Yeni və Antalya Türk Ocaqları sədri A.Uysala da təşəkkür edib və ailələri, gəncləri bu abidəni ziyarət etməyə çağırıb. Yüzlərlə yerli sakinin iştirakı ilə keçirilən açılışdan sonra Q.Paşayeva bir sıra KİV-nə müsahibələr verib, QHT və təşkilat rəhbərləri ilə görüşüb və geniş müzakirələr aparıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında