Küveyt Elektron Media Birliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaq istəyir

Küveyt Elektron Media Birliyi Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə əməkdaşlıq əlaqələri qurmaq istəyir.
 
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Küveyt Elektron Media Birliyinin İdarə Heyətinin sədri Feysəl Xəlifə əs-Savağ arasında avqustun 1-də keçirilən görüşdə bu barədə müzakirələr aparılıb. 
Görüşdə qonaqlara Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolu barədə məlumat verilib. Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakı hazırda dünyanı narahat edən bir çox qlobal problemlərin müzakirə olunduğu məkana çevrilib. Burada keçirilən mötəbər beynəlxalq tədbirlərdə Nobel mükafatçıları, yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar fəal iştirak edirlər. Diqqətə çatdırılıb ki, hazırda AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) sədridir. 
AZƏRTAC-ın İdarə Heyətinin sədri dost ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
Küveyt Elektron Media Birliyinin İdarə Heyətinin sədri Feysəl Xəlifə əs-Savağ Azərbaycanda sürətli inkişafın şahidi olduğunu söyləyib, xalqımızın qonaqpərvərliyini xüsusi qeyd edib. O, ölkələrimiz arasındakı münasibətlərin sürətli inkişafının məmnunluq doğurduğunu bildirib.
Bakıda Küveyt Elektron Media Birliyinin bürosunun açılmasında maraqlı olduqlarını deyən Feysəl Xəlifə əs-Savağ bunun Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin küveytli oxuculara, eləcə də Küveytlə bağlı məlumatların Azərbaycanda daha geniş təqdim edilməsi baxımından çox faydalı ola biləcəyini deyib. Eyni zamanda, qonaq AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaq istədiklərini vurğulayıb. Əlavə edib ki, bu əməkdaşlıq hər iki ölkənin sosial-iqtisadi, mədəni həyatının dərindən öyrənilməsi məqsədilə media nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkilini, müştərək layihələri əhatə edə bilər.  
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında