“Bəd əməllərin din pərdəsi altında təqdim edilməsi cəhdi uğursuz addımdır”

Azərbaycanda doğulub böyümüş, ömrü boyu bu ölkədə yaşamış milyonlarla insanı eyni vaxtda aldatmaq mümkündürmü? Əlbəttə, yox! Ona görə də bu addımı atmaq istəyən adamların nəyə ümid etdiyi anlaşılmır. Bu ölkədə yaşamayan, kənar qüvvələrin maddi və mənəvi dəstəyi ilə xaricdə oturub dövlətimizə qarşı qarayaxmalar püskürən kimsə, heç olmazsa, özü öz bəyanatına inanırmı? “Azərbaycanda dindarlar sıxışdırılır” – deməklə, milyonlarla vətəndaşın gözünə baxa-baxa ağ yalan danışmaq, əslində, elə kiminsə özünü aldatmasıdır.
 
Bu məsələlərə münasibət bildirən Xalq artisti, professor Hacı Ağaverdi Paşayev dedi:
 – Yetmiş illik Sovet dönəmində 17 məscidi olan Azərbaycanda bu gün 2166 məscid fəaliyyət göstərir. Sovet dönəmində cəmi beş-on nəfər Həcc ziyarətinə gedə bilmişdisə, indi həmin ziyarəti başa vurmuş soydaşlarımızın sayı minlərlədir. Bu iki fakt “dindarların sıxışdırılması” barədə deyilənlərin boş, mənasız cəfəngiyyat olduğunu sübut etmirmi?
Mənə elə gəlir ki, sosial şəbəkələrdə, antiazərbaycan dairələrin vəsaiti ilə fəaliyyət göstərən saytlarda bu məzmunlu bəyanatla çıxış edənlərin özləri də həmin “arqumentlərin” yalan olduğunu yaxşı bilirlər. Sadəcə, sifarişçinin qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmək məcburiyyətindədirlər. 
Təkcə ölkəmizdə deyil, Rusiya və Türkiyədə fəaliyyət göstərən mətbuat vasitələri də 10-15 ildir ki, Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də İslam və digər dinlərə etiqad edənlərə yaradılan şəraitin bütün dünyaya nümunə kimi göstərildiyini yazırlar. Dünyanın hər yerində və hamı bilir ki, bizim ölkədə millətlərarası münasibətlər yüksək səviyyədə qurulub, dinlərarası ünsiyyət təmin edilib. Bütün bunların günün reallığı olduğu bir zamanda bəzi qrupların sosial şəbəkələrdə din pərdəsi altında antiazərbaycan təbliğatı aparmaq cəhdi absurd və gülüncdür. Mən Həcc ziyarətində olmuş ziyalı, bütün ibadətlərini sərbəst, müstəqil şəkildə yerinə yetirən mömin kimi qətiyyətlə deyirəm: Azərbaycan dövlətinə qarşı aparılan bu qarayaxma kampaniyasının heç bir əsası yoxdur.
Mən Bakıda çoxsaylı məscidlərin, bir neçə kilsənin, sinaqoqun fəaliyyət göstərdiyini yaxşı bilirdim. Bu günlərdə isə mətbuatda oxudum ki, Xaçmazda uzun illərdir “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsi fəaliyyət göstərir. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsədə dini ayinlər həyata keçirir, dualar oxuyurlar. Bu gün Azərbaycanın elə bir şəhəri, rayonu yoxdur ki, onu beynəlmiləl yaşayış məntəqəsi kimi təqdim etmək mümkün olmasın. 
Bütün bunları görə-görə Azərbaycanda dindarların sxışdırılması və ya kiminsə milli ayrı-seçkilik etməsi barədə danışanların bir adı var: Böhtançı, qarayaxmaçı. Elə insanları isə cəmiyyət daha yaxşı tanıyır və onlar layiq olduqları cavabı alırlar. 
Professor sonda dedi: “Qaşınmayan yerdən qan çıxarmağa” çalışan, ölkəmizdə problem axtaran həmin adamlara xatırladıram ki, bu gün Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasıdır. O problemi də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə həll edəcəyik. Həmin prosesdə iştirak etməyənlər isə heç olmazsa, əl-ayağa dolaşmasınlar. 
Hazırladı:
 İttifaq MİRZƏBƏYLİ,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında