“CNN”-nin saytında Şəki ilə bağlı məqalə və videoçarx yayımlanıb

Amerikanın məşhur CNN kanalının saytının “səyahət” bölməsində  “Şəki: Azərbaycanın karvansaray və xanların İpək Yolu şəhəri” adlı məqalə və videoçarx yayımlanıb. (https://edition.cnn.com/travel/article/sheki-azerbaijan/index.html)

Məqalədə qədim və zəngin mədəni irsə malik Şəkinin ecazkar təbiəti, tarixi abidələri, Şəki Xan sarayı, şəhərin özünəməxsus memarlıq üslubundan bəhs olunur.

Məqalədə Avropa və Asiyanın kəsişməsində  olan Azərbaycanın Şərqə və Qərbə uzanan qədim ticarət yollarının üzərində yerləşməsi vurğulanır. Qeyd edilir ki, Böyük İpək Yolunun üstündə olan Şəki XIX əsrə qədər ipək istehsalında beynəlxalq mərkəz  idi. “İndi Şəki Azərbaycanda qənbər daşları ilə döşnəmiş yolları olan və orta əsr mçemarlığı ilə seçilən mənzərəli şəhərlərdən biridir.”—deyə məqalə müəllifi vurğulayır.

Məqalədə  Şəki Xan sarayının özünəməxsusluğu, yaranma tarixi, Karvansaray, Şəki şəhər Xalq Tətbiqi Sənəti Muzeyi, eləcə də Şəki şirniyyatları barədə məlumat verilir.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında