Bakı Limanı Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirləri tam icra edib

“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi“ndə müəyyən edilmiş tədbirlərin icra vəziyyətinin monitorinq və qiymətləndirilməsində Bakı Limanı əsas icraçı qurumlar arasında öhdəliyində olan tədbirləri tam həyata keçirib.

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən məlumat verilib. Bildirilib ki, Strateji Yol Xəritəsinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icrası tamamlanıb, 12 faizi qismən icra edilib və 2 faizi isə icra edilməyib. Azərbaycan üzərində ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması işlərinin 30 faizi, tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsi üçün aparılan işlərin 93 faizi, logistika və ticarət sahəsində məqsədlərin gerçəkləşdirilməsi üçün mühüm hərəkətverici mexanizmlərin tətbiqi üzrə isə işlərin 33 faizi tamamlanıb. 100 ballıq sistemlə dəyərləndirilən əsas icraçı qurumların performansı cədvəlində Bakı Limanı məsul olduğu 6 tədbiri uğurla başa vuraraq 100 balla dəyərləndirilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında