“Apple” qiymətləri qaldıra bilər

ABŞ-ın Çin mallarına yeni rüsumlar tətbiq etməyə davam etməsi və ticarət savaşının genişlənməsi “Apple”ın bəzi məhsullarında qiymət artımına səbəb ola bilər.   Bu barədə “Financial Times” nəşri yazıb.

Mənbənin məlumatına görə, “Apple”ın ən sürətlə inkişaf edən sektoru – “Apple Watch”, “HomePod” kolonkaları, “AirPods” qulaqcıqları Donald Trampın Çindən idxal olunan mallara 200 milyard dollarlıq rüsum tətbiq etmək təklifindən mənfi təsirlənə bilər. Şirkətin əsas məhsulları – “iPhone”lar və “Mac” kompüterləri hələ ki, rüsumların təsirindən kənardadır.

Qəzet yazır ki, “Apple” ya ABŞ-da qiymətləri qaldıracaq, ya da artan rüsumları özü kompensasiya edərək gəlir itkisinə məruz qalacaq.

“ABŞ və Çin arasında ritorikanın dərəcəsinin yüksəlməsi “Apple”ın səhmlərinin dəyəri üçün ən böyük risklərdən biridir”, –deyə “Morgan Stanley” şirkətinin analitikləri bildiriblər.

 

Elçin ABBASOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında