“Xaş-xaş – 2018” şərti adlı kompleks tədbirlər nəticəsində külli miqdarda narkotik maddə məhv edilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nda əksini tapan vəzifələrin icrası istiqamətində respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən zəruri tədbirlər 2018-ci ilin ötən dövründə də uğurla davam etdirilir.      
 
Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, iyulun 28-dən 31-dək respublikanın Şimal-Qərb bölgəsindəki meşə massivlərində Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti qurumlarının əməkdaşlarının, həmçinin Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi qulluqçularının iştirakı ilə “Xaş-xaş – 2018” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.  
Xüsusi təyinatlı nəqliyyat vasitələrinin və helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin xüsusi aqrotexniki qaydada – kultivasiya yolu ilə yetişdirilməsinə dair faktlar müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 310 kiloqram olan 530 çətənə kolu, xalis çəkisi 16 kiloqram 670 qram olan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.  
Toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işləri başlanılaraq zəruri əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
Davam etdirilən xüsusi əməliyyat və profilaktik tədbirlər nəticəsində həmin ərazilərdə yabanı halda bitmiş, ümumi çəkisi 8,5 ton olan 13 min 500-ə yaxın çətənə kolu da aşkarlanaraq məhv edilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı müvafiq tədbirlər davam etdirilir.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında