“Xalq qəzeti”nin əməkdaşının Ağdamın işğalının 25-ci ildönümü ilə bağlı məqaləsi Pakistan mediasında

“Xalq qəzeti”nin əməkdaşı Əfsanə Ələsgərlinin müəllifi olduğu məqalə Pakistan İslam Respublikasının “thefortress.com.pk” və “dailyparliamenttimes.com” saytlarında yayımlanıb.
 
Məqalə 1993-cü il iyulun 23-də bu qədim Azərbaycan şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından, bir zamanlar mədəniyyət mərkəzi kimi tanınan Ağdamın hazırda “Ruhlar şəhəri”nə çevrilməsindən, xarabalıqları gözləri ilə görən əcnəbi jurnalistlərin üzləşdikləri mənzərə ilə bağlı təəssüratlarından və s. bəhs edilir.
Məqalədə vurğulanır ki, 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırıb və 2010-cu ildə şəhər “Əl-Cəzirə”nin onlayn versiyası tərəfindən dünyanın “Ruhlar şəhəri” siyahısına daxil edilib.
Məqalədə 14-15 yaşlarından məcburi köçkün düşmüş Ağdam sakini Nail Hüseynovun doğulduğu doğma yurdu ilə bağlı uşaqlıq təəssüratı, müharibənin uşaq hafizəsində qoyduğu acı xatirələr yer alır. Müharibənin onun yaddaşında mənfi təsir doğurduğunu bildirən Nail Hüseynov uşaqlıq dostu Elnur Şirinovla “İmarət” stadionunda Ağdamın “Qarabağ” futbol komandasının oyunlarını izlədiyini xatırlayır: “ İmarət” stadionu uşaqlıqda ən sevdiyim yer idi. Hər oyunda dostumla “Qarabağ” komandasına dəstək olurduq. Təəssüf ki, indi Ağdamdan ayrı düşmüşük, ancaq bizim “Qarabağ” komandamız səsimizi dünyaya çatdırır”, – deyə o əlavə edib.
Məqalədə, həmçinin britaniyalı jurnalist Tomas De Val, rusiyalı jurnalist Artyom Yefimov, dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqatinin Ağdamla bağlı təəssüratı yer alır. Yazıda, Pakistan və Azərbaycan arasındakı əlaqələrdən də bəhs edilir. Qeyd edilir ki, Pakistan Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biridir və 1991-ci il dekabrın 13-də iki ölkə arasında diplomatik əlaqələr qurulub. Pakistan İslam Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. 
Məqalədə Pakistanın Ermənistanla heç bir diplomatik əlaqə qurmaması, Pakistan Senatının Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etməsi də vurğulanır. Bildirilir ki, hər iki ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirir və bu məsələlər 2015-ci ildə Bakıda Prezident İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynlə təkbətək görüşündə bir daha vurğulanıb.
 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında