Tanınmış müğənni və bəstəkar Emin Ağalarova “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunub

İyulun 31-də Mədəniyyət Nazirliyində tanınmış bəstəkar və müğənni, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarova “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunub.
 
Mədəniyyət naziri Əbülfəs ­Qarayev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Emin Ağalarovun “Xalq artisti” fəxri adı ilə təltif edildiyini xatırladıb. Nazir deyib ki, Emin Ağalarov Azərbaycanın mədəniyyətini təkcə postsovet məkanında deyil, bütün dünyada uğurla təmsil edir. Onun ölkəmiz üçün həyata keçirdiyi layihələr təqdirəlayiqdir. “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılığında Eminin gördüyü işlər göz qabağındadır. Dövlətimizin başçısı tərəfindən təltif olunması onun yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymətdir.   
“Jara” Beynəlxalq Musiqi Festivalı ilə bağlı fikirlərini bölüşən nazir qeyd edib ki, artıq üçüncü ildir Azərbaycanın Mədəniyyət Nazirliyi festivalın təşkilində yaxından iştirak edir: “Biz bu böyük musiqi layihəsində birgə əməkdaşlıqdan məmnunluq duyuruq. Azərbaycan mədəniyyətinin təbliği baxımdan “Jara” festivalı böyük əhəmiyyət kəsb edir”.
Əbülfəs Qarayev Emin Ağalarovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb və “Xalq artisti” fəxri adının vəsiqəsini və döş nişanını tanınmış müğənni və bəstəkara təqdim edib. 
Emin Ağalarov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ən yüksək fəxri adına layiq görülməsindən şərəf duyduğunu bildirib: “Hər bir ifaçı üçün bu fəxri ad həm məsuliyyət, həm də şərəfdir. Bu fəxri ad Azərbaycanın təbliği istiqamətində fəaliyyətimi əsirgəməyəcəyimə və bu adı şərəflə daşıyacağıma bir işarədir”. 
“Jara” barədə danışan Emin Ağalarov bildirib ki, builki festivalın proqramı çox geniş oldu. Bir çox tanınmış artistlər özləri bu festivala qatılmaq üçün müraciət edirdilər. “Jara-2018” çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında Rusiyanın MuzTv kanalının təşkilatçılığı ilə Bakı sakinləri və şəhərin qonaqları üçün pulsuz konsert keçirildi. Bu konsert MuzTv-də canlı yayımlandı. Builki festival çərçivəsində dörd gün ərzində 250-dən çox artist çıxış etdi. Gün ərzində 75 ifaçı səhnəyə çıxdı. Çətin olsa da, bu işin öhdəsindən məharətlə gələ bildik. 
Düşünürəm ki, həm tamaşaçılar, həm də artistlər çox razı qaldılar. Biz gələcəkdə fəaliyyətimizi daha da genişləndirəcəyik. Moskvaya qayıdan kimi artıq növbəti “Jara”nın hazırlıqlarına başlayacağıq. “Jara-2019” daha maraqlı və rəngarəng olacaq.
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında