Qubadlıda qarşıya qoyulan vəzifələr uğurla icra edilir

Dünən Qubadlı Rayon İcra Hakimiyyətində rayonun 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi. Tədbirdə Qubadlı RİH başçısı Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
 
RİH başçısı çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd olunduğu kimi, ölkəmiz öz dinamik inkişaf templərini saxlayaraq həm iqtisadi, həm də beynəlxalq siyasət sahələrində uğurlar əldə etmişdir.
Başçı vurğuladı ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısına qarşı sui-qəsd törədilmiş və bundan bir neçə gün sonra iyul ayının 10-da radikal elementlərdən ibarət bir qrup Gəncə şəhərinin mərkəzində qanunsuz aksiya keçirməyə cəhd göstərmiş, təxribat xarakterli aksiyanı dayandırarkən xidməti vəzifəsini yerinə yetirən iki yüksək rütbəli polis əməkdaşı hücuma məruz qalaraq amansızlıqla qətlə yetirilmişdir: “Bu cür xoşagəlməz hadisələr hər bir azərbaycanlı kimi biz qubadlılarda da təssüf hissi yaratdı. Gəncədə törədilmiş terror hadisəsi ölkəmizə qarşı xarici qüvvələr tərəfindən Azərbaycanda sabitliyin pozulmasına, dövlətə və dövlətçiliyə qarşı yönəlmiş bir addımdır. Əminliklə qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı sabitliyin pozulmasına, iğtişaşa qarşıdır. Çünki xalqımız dinc şəraitdə, xoşbəxt yaşamağın tərəfdarıdır”.
RİH başçısının müavini Allahverdi Haqverdiyev hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, rayon əhalisi respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşıb. Son 14 ildə rayon üzrə yeni yaradılan iş yerlərinin sayı 3 min 807-yə çatdırılıb. Rayon icra hakimiyyəti başçısının Sabirabad, Saatlı, İmişli, Xızı rayonlarında və digər yerlərdə keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müəyyən işlər görülmüşdür. Bunlardan əlavə, daxili imkanlar hesabına yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, Böyük Vətən müharibəsi veteranlarına, bir sıra tədbirlərin keçirilməsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 40 min 500 manat maddi köməklik edilmişdir. 
Rayon vergilər şöbəsi hesabat dövründə 1166 min 100 manat plana qarşı 1561 min 500 manat vəsait toplamışdır ki, bu da planın 133,9 faizi deməkdir. Rayon təhsil şöbəsi də qarşıya qoyulan vəzifələrin həllinə səy göstərib. Ötən dərs ilində Dövlət İmtahan Mərkəzinin rəsmi açıqlamasında rayonumuz ali məktəblərə qəbulun nəticələrinə görə birinci yerə çıxıb, IX və XI siniflərin nəticələrinə görə isə ilk onluqda qərar tutub. Rayon Mərkəzi Xəstəxanası ilin birinci 6 ayı ərzində 11 min 756 ambulator xəstə qəbul edib, onlardan 27 nəfər stasionar müalicəyə, 38 nəfər isə sanator-kurort müalicəsinə göndərilib. 527 nəfər şəkərli diabet xəstəsi dərman və tibbi ləvazimatla təmin edilib.
Məruzəçi bildirdi ki, icra hakimiyyətinin köməyi ilə 520 kq əvəzinə, 578 kq yüksək kefiyyətli barama istehsal edilib. Arıçılığın inkişafında nailiyyətlər əldə olunub, arı ailələrinin sayı 5 min 200-ə yaxınlaşıb. Rayon idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərib, rayonun komandası yeniyetmələr arasında futbol üzrə “Sevinc” kuboku uğrunda Xaçmaz rayonunda keçirilən ölkə birinciliyində respublika çempionu olub. 
Son 6 ayda RİH başçısı tərəfindən 333 nəfər qəbul edilib. 2018-ci ildə vətəndaşlarla keçirilən 19 görüş-qəbulda 96 müraciət olub. Onlardan 61-i müsbət həll edilib, 13-ü mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılaraq icraata götürülüb, 22 müraciətə isə müvafiq izahatlar verilib.
Rayonda bu gün əsas aparıcı siyasi qüvvə 3500 nəfərdən artıq üzvü olan Yeni Azərbaycan Partiyasıdır. Sakinlər həmişə dövlətçilik ənənələrinə sədaqət nümayiş etdirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini ürəkdən bəyənərək müdafiə etmişlər.
DSMF-nin rayon şöbəsinin rəisi Cəlaləddin Məmmədov, Məşğulluq Mərkəzinin direktoru Cəfər Ağayev, Kənd Təsərrüfatı İdarəsinin rəisi Ənvər Quliyev, Balasoltanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xanlar Əliyev, Çardaxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Oqtay Əsgərov müvafiq sahələr üzrə görülən işlərdən bəhs etdilər.
Mehdi MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında