Rob Sobhani: Tramp tərəfindən TAP-ın dəstəklənməsi enerji ehtiyatlarının ixracında Azərbaycanın etibarlılığını bir daha nümayiş etdirir

ABŞ Prezidenti Donald Tramp tərəfindən Transadriatik boru kəmərinin (TAP) dəstəklənməsi enerji ehtiyatlarının ixracında Azərbaycanın etibarlılığını bir daha nümayiş etdirir.

Bunu Trend-ə “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani D.Trampın İtaliyanın Baş naziri Cuzeppe Konte ilə Vaşinqtonda TAP layihəsini müzakirəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, bir daha onu nümayiş etdirir ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan enerji ehtiyatlarının ixracında Avropa və ABŞ-ın sabit və etibarlı tərəfdaşına çevrilib.

ABŞ, Azərbaycan və Avropanın  ümumi geostrateji hədəfləri paylaşdığını vurğulayan R. Sobhani bildirib ki,  Xəzər hövzəsindən enerji ehtiyatlarının Avropa və onun hüdudlarından kənarda istehlakçılara fasiləsiz ixracı mühüm əhəmiyyət kəsb edir: “Bu, Azərbaycan iqtisadiyyatı üçün çox vacibdir. “Şahdəniz” və digər yataqlardan Avropaya təbii qaz tədarükü ölkəyə sabit gəlirləri təmin edəcək”.

R.Sobhani əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müstəqil xarici siyasət dünyanın enerji xəritəsində Azərbaycana xüsusi yer təmin edib:

“İnvestorlar üçün Azərbaycan təbii qaz və neftin sabit və etibarlı ixracatçısıdır. Bu, gələcəkdə müəyyən gəlirlər əldə etməyə imkan verəcək və Azərbaycan xalqına xeyir gətirəcək”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında