MDB məkanında ən ucuz qiymətə sərnişindaşımanı Bakı metrosu həyata keçirir

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun açıqlamasında deyilir ki, MDB məkanında ən ucuz qiymətə sərnişindaşıma Bakı metrosunda  həyata keçirilir.

Mətbuat katibi bildirib ki, avqustun 1-dən metroda sərnişindaşıma yeni tariflərlə həyata keçiriləcək. Bir gedişin qiyməti Tarif Şurasının qərarı ilə 30 qəpik müəyyən olunub.

“Bakı Metropolitenində sonuncu dəfə tarif dəyişikliyi 2011-ci il dekabrın 1-də olub. Həmin il noyabr ayının 24-də Tarif Şurasının verdiyi qərara əsasən qiymətlər 15 qəpikdən 20 qəpiyə dəyişdirilib. Metropoliten maliyyə məsələlərində obyektiv və şəffaf mövqe tutur, hər il öz maliyyə hesabatlarını dərc elətdirir, müvafiq səlahiyyətli strukturlar qarşısında hesabat verir.

“Metroda bir sərnişin daşınmasının istismar xərcləri 47 qəpiyə bərabərdir. Hətta son tarif dəyişikliyindən sonra da arada 17 qəpiklik fərq olacaq. Qeyd edim ki, 47 qəpiklik istismar xərcinə metro stansiyaların, tunellərin inşası, yeni qatarların alınması, təmiri, modernləşdirilməsi, mövcud stansiyaların infrastrukturunun yenidən qurulması daxil deyil”, - deyə B.Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat təşkil edir. Kiyevdə də bu yaxınlarda metroda sərnişindaşımanın qiyməti qalxıb. Bu isə, bizim hazırkı valyuta kursu ilə 47-50 qəpik arasında dəyişir. Bir sözlə MDB məkanına baxsaq yenə ən ucuz tariflər Bakıdadır. Rusiyaya nəzər salsaq görərik ki, bu ölkə metro sahəsi ilə bağlı böyük potensiala malikdir. Burada qatarların inşasından tutmuş metro ilə bağlı bir çox sahələr üzrə müəssisələr mövcuddur. Lakin buna baxmayaraq, Rusiyada da metroda gediş haqqı Bakıdakı qiymətlərdən daha yüksəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında