Tramp: “Avropa İttifaqı ölkələri ABŞ-dan mayeləşdirilmiş təbii qaz qəbul edəcək 9-11 liman inşa etməyə hazırdırlar”

Avropa İttifaqı ölkələri ABŞ-dan mayeləşdirilmiş təbii qaz qəbul edəcək 9-11 liman inşa etməyə hazırdırlar.

APA-nın CBS News-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İtaliyanın baş naziri Cuzeppe Konte ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Biz bunu artıq Avropa İttifaqının rəhbərliyi ilə müzakirə etmişik”,- deyə D.Tramp vurğulayıb.

C.Konte isə ABŞ prezidenti ilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini müzakirə etdiyini bildirib.

Qeyd edək ki, iyulun 25-də  ABŞ prezidenti  Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri qəbul edib. Ağ Evdə keçirilmiş görüşdə tərəflər ABŞ-dan Avropa İttifaqına mayeləşdirilmiş təbii qazın ixracının artırılması, rüsumların azaldılması və bir sıra digər məsələlərə dair razılığa gəliblər.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında