İran ABŞ ilə danışıqlara qayıtmaq şərtini açıqlayıb

İki ölkə arasında dialoqun bərpası üçün ABŞ nüvə razılaşmasına qayıtmalıdır.

APA-nın xəbərinə görə, bunu İran prezidenti Həsən Ruhaninin müşaviri Həmid Abutalebi özünün “Twitter”ində yazıb: “İranın hüquqlarına hörmət, düşmənçiliyin aradan qaldırılması, nüvə razılaşmasının icrasının bərpası. ABŞ və İran arasında danışıqlara yol açmaq üçün atılacaq addımlar bunlardır”.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə ilkin şərt olmadan görüşməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, mayın 8-də D. Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında