Tramp Konqresi hökumətin fəaliyyətini dayandıracağı ilə təhdid edib

ABŞ Prezidenti Donald Tramp demokratların Konqresdə sərhədin qorunması barədə qanun layihəsinə səs verməyəcəkləri halda federal hökumətin fəaliyyətini dayandıracağını bəyan edib.
 
APA-nın məlumatına görə, D.Tramp bunu bu gün “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Qanun layihəsi Meksika ilə sərhəddə divar tikintisini nəzərdə tutur. D. Tramp Meksikadan ABŞ-a qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün bu divarın tikilməsini vacib sayır və seçki kampaniyasında da sərhəd nəzarətini gücləndirəcəyini vəd edib. D. Tramp hesab edir ki, 12 milyona qədər qeyri-qanuni miqrant “cinayətkar”dır və onları aşkarlayaraq deportasiya etmək lazımdır. Eyni zamanda həmin miqrantları cəmiyyət və ölkənin milli təhlükəsizliyi üçün risk sayır.
Xatırladaq ki, D. Tramp Meksika ilə sərhəddə divar tikilməsi barədə fərmanı hələ andiçmə mərasimindən 5 gün sonra imzalayıb. Ancaq Konqres indiyə qədər sərhəddə divarın tikintisi üçün lazımi vəsaitin ayrılmasını dəstəkləməyib.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında