Kinoteatrların sayı artır

Səudiyyə Ərəbistanında kinoteatrların inşası getdikcə daha da sürətlənir. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, daha bir şirkətə artıq rəsmi lisenziya verilib.
 
Agentliyin məlumatında bildirilir ki, ölkənin İnformasiya və Mədəniyyət Nazirliyinin rəhbəri Saleh əl-Avvad “Er-Raşid-Empire Cinema” qrupuna rəsmi lisenziya verdiyini bəyan edib. Lisenziyanın şərtlərinə görə, adıçəkilən şirkət ölkədə 3 il ərzində 30 kinoteatr inşa etməlidir.
Şirkət “American Multi-Cinema” (AMC) və Birləşmiş Ərəb Əmirlikləri (BAE) VOX Cinema salonlarından sonra Səudiyyə Ərəbistanında ­kinoteatr açmaq üçün müraciət edən üçüncü şirkətdir.
Səudiyyə Ərəbistanı İnformasiya və Mədəniyyət Nazirliyi 2017-ci ilin dekabr ayında   kino salonlarını lisenziyalaşdırma qərarı verdiyini və ilk kino salonunun açıldığını bildirdi.
Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında