Benzini ucuz və baha satan ölkələr

Aİ-95 benzininin ən ucuz və ən baha olduğu ölkələrin siyahısı tərtib edilib.
 
“Bloomberg” agentliyinin hazırladığı reytinq cədvəlinə əsasən, dünyada ən ucuz benzinin Venesuelada satıldığı bəlli olub. Belə ki, burada 1 litr Aİ-95-in dəyərinin 0,01 dollar olduğu müəyyən edilib. Növbəti yerlərdə müvafiq olaraq, İran (0,28 dollar) və Küveyt (0,35 dollar) qərarlaşıb.
Reytinq cədvəlində ilk onluqda Nigeriya (0,41 dollar), Misir (0,43 dollar), Səudiyyə Ərəbistanı (0,54 dollar), Malayziya (0,54 dollar), İndoneziya (0,67 dollar), BƏƏ (0,68 dollar), Rusiya (0,72 dollar) yer alıblar.
Honkonq (2,09 dollar) ən bahalı benzinin satıldığı yerlər siyahısında ilk pillədə göstərilib. Həmçinin Norveç (2,02 dollar), Niderland (1,93 dollar), Yunanıstan (1,91 dollar), İtaliya (1,91 dollar), Danimarka (1,90 dollar), İsrail (1,86 dollar), Portuqaliya (1,83 dollar), Finlandiya (1,79 dollar), Fransa (1,78 dollar) ilk onluqda qərarlaşıblar.
Qeyd edək ki, reytinq cədvəlində Qafqazdan heç bir ölkənin adı yer almayıb. 
Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında