Yeni nəsil nəqliyyat sistemi “5G” ilə təchiz ediləcək

 2021-ci ildə “5G” texnologiyasını dəstəkləyən avtomobillər istifadəyə veriləcək. Bu barədə “Webtekno.сom” saytı xəbər verib.
 
ABŞ-ın “Qualcomm” şirkətinin mütəxəssisləri bildirirlər ki, “5G” texnologiyası vasitəsilə avtomobil sektoru üçün gecikmə xeyli azalacaq. Belə ki, hazırda “4G” şəbəkələrində gecikmə 20 millisaniyədir. Bu göstərici “5G” ilə 1 millisaniyə səviyyəsinə çatacaq. Bu isə böyük əhəmiyyət kəsb edir.
Beləliklə, internetə qoşulmuş və sürücüsüz idarə olunan nəqliyyat vasitələri real vaxt rejimində bir-biri ilə və yol infrastrukturu ilə məlumat mübadiləsi edə biləcək. Nəticədə, yeni nəsil nəqliyyat sistemlərinin istifadəyə verilməsi üçün təməl qoyulacaq. 
Əfsanə ƏHƏDLİ, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında