Türkiyədə çalışan stomatoloq soydaşımız beynəlxalq konfransda moderatorluq edib

Gənc həkim soydaşımız-- İzmir Katib Çələbi Dövlət Universiteti ağız-diş müalicəsi və çənə-üz cərrahiyəsi kafedrasının rezidenti Eynar Bərdəli İtaliyanın Roma şəhərində keçirilən 23-cü Beynəlxalq Stomatologiya Konfransında elmi məruzə ilə yanaşı, məclisin açılışında və bölmə iclasında moderator kimi də çıxış edib.

Türkiyənin ünlü Egey Universitetinin məzunu olan, Amerikanın məşhur Harvard Universitetində təcürbə keçən, tələbəlik illərindən kök hüceyrə və inflamazom xəstəlikləri tədqiq edən,  tapıntılarını vaxtaşırı elmi məclislərin müzakirəsinə çıxaran  həmyerlimiz dünyanın onlarca ölkəsindən gəlmiş stomotoloq alimlərin və çənə-üz cərrahının iştirak etdiyi beynəlxalq konfransdan da yüksək təəssüratla qayıtmışdır. Gənc stomatoloq alim İzmirdə səfərdə olan müxbirimiz Namiq  Qədimoğluya bildirmişdir:

--Beynəlxalq konfranslarda iştirak və araşdırmalarını dünya elminə təqdim etmək hər bir elm adamının, xüsusən təbabət sahəsində araşdırmaçının böyük  arzusudur. Mənim elmi işim və 20 dəqiqəlik  məruzəm gözlədiyimdən də yüksək səviyyədə qəbul edildi və qiymətləndirildi. O ki qaldı gənc və təcrübəsiz bir alimin dünya stomatoloqlarının  nüfuzlu toplantısında moderatorluq etməsinə, bu təklifə ciddi götür-qoy və məsuliyyətlə yanaşdım. Elmi rəhbərim və həmkarlarımla məsləhətləşmələrdən sonra təklifi qəbul etdim.

Sevinirəm ki, konfransda moderatorluq fəaliyyətim də uğurlu oldu, özümü bi çətin sınaqda da yoxladım. Stomotologiya sahəsində elmi yenilikləri ilə tanınan amerikalı Ben Vernar, Jozef Grenberq, fransız Pierr Veiss ve isveçli Guocai Chai kimi məşhur professorların çıxış etdikləri bölməyə moderatorluq etdim. Onların ünvanıma söylədiyi fikirləri və təbrikləri təkcə özümün yox, təmsil etdiyim universitetin elmi fəaliyyətinə verilən dəyər, mənsub olduğum xalqın ünvanına yazılan uğur kimi qəbul etdim.

Doğrudan da, gənc alim soydaşımızın tibb elminə verdiyi töhfələr, qazandığı uğurlar təmsil etdiyi ölkə və universitetlə yanaşı, Vətəni Azərbaycan üçün də sevindiricidir. Xatırladaq ki, Eynar Bərdəli uzun illərdən bəri Türkiyədə çalışan və dünya genetka elminə “Bərdəli geni”ni tanıdan soydaşımız professor Afiq Bərdəlinin oğludur.

 

R.TAHİR,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında