“Khaleej Times” qəzeti Azərbaycan turizmindən yazıb

Birləşmiş Ərəb Əmirliklərinin  “Khaleej Times” qəzetində “ Azərbaycana səfər etməzdən öncə BƏƏ vətəndaşlarının bilməli olduğu 10 məlumat” adlı məqalə dərc edilib. Məqalədə turizm həvəskarlarına Azərbaycan dövlətçiliyi, müsəlman Şərqində İlk demokratik rezpublikanın 100 yaşında olması,  turizm imkanları, gəzməli və görməli yerləri barədə ətraflı məlumat verilib.

Məqalədə vurğulanır ki, bu il iyulun 26-da Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyi öz ölkəsinin vətəndaşlarına bir aylıq turist vizasından yararlana biləcəyini bildirib.

Ölkənin “Odlar Yurdu” kimi tanındığını vurğulayan müəllif həmçinin Azərbaycan Respublikasını Qafqazda keçmiş sovet respublikası kimi təqdim edərək  burada Avropa və Asiya mədəniyyətinin sintezi duyulduğunu vurğulayır.

Məqalədə həmçinin Azərbaycan Respublikasının yaranmasının 100 illiyinin bu il qeyd edilməsi bildirilir.  Turistlərin qış turizmi, yayda dincəlmə imkanlarından da bəhs edilir. Qeyd edilir ki, qışda dağlıq ərazilərdə xizək sürmək mümkündür.

“Azərbaycan mətbəxi Şərq ənənələrini əhatə edir. Ölkə plovu ilə məşhurdur. Həmçinin quzu, cücə və mal ətindən olan yeməklər, xüsusilə kabablar da buraya daxildir. Qara çay milli içki kimi qonaqlara təqdim edilir. Xəzər dənizindən çıxarılan qara kürü isə ən məşhur təamdır”—deyə məqalədə zəngin Azərbaycan mətbəxindən söhbət açılır.

 

 Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında