“Jara-2018”: bənzərsiz ifalar, sürpriz duetlər, hərarətli alqışlar

Bakıda, Xəzərin qumlu sahilindəki “Sea Breeze” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalının üçüncü gününün konsert proqramı təqdim edilib. 
Coşqun musiqi, Xəzər sahilinin füsunkar mənzərəsi bir məkanda birləşərək, həm festival iştirakçılarına, həm də tamaşaçılara unudulmaz anlar yaşadıb. “Jara” bu isti iyul günlərində Bakının mədəni həyatına özünəməxsus hərarət gətirir. Bənzərsiz ifalar, sürpriz duetlər, yeni aranjemanlar, maraqlı performanslar, hərarətli alqışlar...
AZƏRTAC xəbər verir ki, iyulun 28-də festivalda Manana, Səmra, Timur Rodrigez, Yulianna Karaulova, EMIN, A’Studio və Jah Khalibin dueti, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksey Çumakov, Yuliya Kovalçuk, Karina Xvoynitskaya, Kravts, İrina Dubtsova, Band’Eros, Mari Kraymbreri, MONATIK, Elvira T., Jak Entoni, Qlyuk'oza, Brendon Horvard, Slava, Djiqan, Ani Lorak, Jasmin və başqaları öz ifaları ilə tamaşaçılara xoş anlar yaşatdılar. Bu il festivala qatılan “Leninqrad” qrupu Bakıda ilk dəfə çıxış etdi.  
Müğənnilər çıxışlarından sonra səmimi qonaqpərvərliyə görə təşəkkür edir, festivalda gözəl əhval-ruhiyyənin olduğunu vurğulayır, bu musiqi bayramında bir daha iştirak edəcəklərini söyləyirdilər. 
Festivalın üçüncü günü gənc istedadların çıxışları ilə də yadda qaldı. Bənzərsiz mahnılar, tamaşaçıların da ifalara qoşulması, rəqslər əsl bayram əhval-ruhiyyəsi yaratdı. Burada hər kəs yayın isti günündə bir daha, sözün əsl mənasında, “Jara” hərarətini yaşadı. 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında